Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə yol keçid məntəqələrini bağlamağa başlayıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər verir.
Artıq onlarla daşıyıcı aksiyaya qoşulub. Onlar üç sərhəd keçid məntəqəsinə keçidi bağlayıblar və kommersiya avtomobillərinin keçməsinə icazə vermirlər.
Etirazçılar Ukrayna daşıyıcıları üçün kommersiya məhdudiyyətlərinin tətbiqini və onların sayını məhdudlaşdırmağı tələb edirlər. Son vaxtlar iki ölkə arasında münasibətlər Varşavanın Ukrayna taxılına tətbiq etdiyi embarqoya görə mürəkkəbləşib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna hakimiyyəti Polşadan Polşa daşıyıcılarının etirazlarına görə sərhədin bağlanmasına icazə verməməyi xahiş edib.
Havar Şəfiyeva