"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib – YENİLƏNİB-1 – FOTO

31 İyul 2026 - 11:03
in MANŞET
FacebookVatsap

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Bunu da oxuyun

Bişkekdə yazılan qardaşlıq salnaməsi

Rusiyanın xərçəng peyvəndi ilkin klinik sınaqlarda müsbət nəticə verdi

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Elchi.az xəbər verir ki, Qırğızıstan Prezidenti iclasda çıxış edib.

 

Prezident Sadır Japarovun çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.

Bizim incimiz olan İssık-Kul gölünün sahilində Sizi salamlamaqdan səmimi-qəlbdən şadam.

Qırğızıstana dövlət səfəri barədə dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qırğızıstanda Sizə – qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz.

Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.

Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir.

Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.

Hesab edirəm ki, bugünkü danışıqlar ənənəvi olaraq etimad və konstruktiv ab-havada keçəcək. Danışıqların yekunlarına dair ikitərəfli əlaqələrin daha da inkişafına yönəlmiş mühüm razılaşmalar əldə ediləcək. Onların ardıcıl həyata keçirilməsi ümumi məqsədimizə – Qırğızıstanın və Azərbaycanın qardaş xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Əsas siyasi nəticə isə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Qırğız torpağında bir daha səmimi-qəlbdən salamlayıram.

Möhtərəm İlham Heydər oğlu, buyurun, sözü Sizə verirəm.

x x x

Sonra Azərbaycan Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.

Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.

Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.

Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.

Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim – həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.

Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.

x x x

Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, mühüm dəyərləndirmələrə və Qırğızıstan-Azərbaycan

qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsini qeyd etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

***

08.51

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

***

08:06

Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir.

Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib - YENİLƏNİB-1  - FOTO Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib - YENİLƏNİB-1  - FOTO Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib - YENİLƏNİB-1  - FOTO Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib - YENİLƏNİB-1  - FOTO Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib - YENİLƏNİB-1  - FOTO Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib - YENİLƏNİB-1  - FOTO Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib - YENİLƏNİB-1  - FOTO
Previous Post

Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Next Post

UEFA Dünya Kubokunu boykot etsə nə baş verəcək?

Bənzər yazılar

Bişkekdə yazılan qardaşlıq salnaməsi

Bişkekdə yazılan qardaşlıq salnaməsi

31 İyul 2026 - 14:23

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Xüsusilə qardaş Qırğız Respublikası ilə münasibətlər eyni soy-kökə, ortaq...

Rusiyanın xərçəng peyvəndi ilkin klinik sınaqlarda müsbət nəticə verdi

Rusiyanın xərçəng peyvəndi ilkin klinik sınaqlarda müsbət nəticə verdi

31 İyul 2026 - 10:36

Rusiyada fərdiləşdirilmiş melanoma peyvəndi alan ilk xəstənin sağlamlığının yaxşı olduğu və xəstəliyə qarşı lazımi immun reaksiyasının inkişaf etdiyi bildirilir. Elchi.az...

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib. Elchi.az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, universitetin Himayəçilər Şurasının qərarı, elm və...

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 nəfər qeydiyyata alınıb. Bu barədə Dövlət...

Next Post
UEFA Dünya Kubokunu boykot etsə nə baş verəcək?

UEFA Dünya Kubokunu boykot etsə nə baş verəcək?

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sosial məzuniyyət kimlərə şamil edilir?

Sosial məzuniyyət kimlərə şamil edilir?

31 İyul 2026 - 17:48
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

31 İyul 2026 - 17:48
Azərbaycan vətəndaşı Kiprdə İrana casusluq ittihamı ilə tutulub: Avropa Tehrandan gələn təhlükənin real olduğunu anlamalıdır – TƏHLİL

Azərbaycan vətəndaşı Kiprdə İrana casusluq ittihamı ilə tutulub: Avropa Tehrandan gələn təhlükənin real olduğunu anlamalıdır – TƏHLİL

31 İyul 2026 - 17:46
Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

31 İyul 2026 - 17:36
Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

31 İyul 2026 - 17:24
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 17:15
Polşa qırıcıları Baltik üzərində Rusiya təyyarəsinə görə havaya qalxıb

Polşa qırıcıları Baltik üzərində Rusiya təyyarəsinə görə havaya qalxıb

31 İyul 2026 - 17:09
Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

31 İyul 2026 - 16:57
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

31 İyul 2026 - 16:45
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

31 İyul 2026 - 16:37
DİM magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbini açıqlayıb, qəbul faizi azalıb

DİM magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbini açıqlayıb, qəbul faizi azalıb

31 İyul 2026 - 16:25
Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

31 İyul 2026 - 16:11
ABŞ Afrika ölkələrinin səhv yerləşdirildiyi bir xəritə nümayiş etdirdi

ABŞ Afrika ölkələrinin səhv yerləşdirildiyi bir xəritə nümayiş etdirdi

31 İyul 2026 - 16:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

31 İyul 2026 - 15:53
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

31 İyul 2026 - 15:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.