Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) açıqlamasına görə, günün erkən saatlarında 5,2 bal gücündə zəlzələ qeydə alınıb və onun episentri Sincan Uyğur Muxtar Bölgəsinin Daşkurqan Tacik Muxtar Bölgəsində olub.
Təxminən 10 kilometr dərinlikdə qeydə alınan zəlzələ ilkin məlumatlara görə, heç bir tələfat və ya dağıntıya səbəb olmayıb. Açıqlamada yerli nəqliyyat və rabitə şəbəkələrinin və elektrik şəbəkəsinin zəlzələdən təsirlənmədiyi, gündəlik həyat və istehsal fəaliyyətinin normal davam etdiyi bildirilib.
Şayəstə





















