Finlandiya Prezidenti Aleksandr Stubb rus xalqına və rus mədəniyyətinə olan sevgisini ifadə edib.
Elchi.az xəbər verir ki, “Ilta-Sanomat” nəşrinin məlumatına görə, Finlandiya lideri bu fikirləri uşaqlar üçün nəzərdə tutulmuş “Koululainen” jurnalına verdiyi müsahibədə səsləndirib.
“Mən ruslara, rus mədəniyyətinə və hətta rus tarixinə heyranam”, – deyə o bildirib.
Eyni zamanda Stubb əlavə etdi ki, rus xalqına qarşı səmimi hisslərinə baxmayaraq, Rusiyanın hazırkı siyasəti ilə razılaşa bilməz.
Daha əvvəl uşaqların suallarını cavablandırarkən Aleksandr Stubb növbəti iki ay ərzində Rusiya ilə münasibətlərin bərpasına çağırış etmişdi. Finlandiya prezidenti qeyd etmişdi ki, Moskva ilə istənilən danışıqlar digər Avropa dövlətləri ilə əlaqəli şəkildə aparılmalı və müəyyən mərhələdə bu əlaqələr həm Avropa, həm də ikitərəfli səviyyədə bərpa olunmalıdır.
Yeganə





















