Pentaqon Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin çatışmazlığı olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Ukrayna hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin çatışmazlığı ilə üzləşir. Bu barədə Pentaqon və ABŞ Dövlət Departamenti tərəfindən Konqres üçün hazırlanmış hesabatda deyilir.
Sənəddə bildirilir ki, bu ilin aprel-iyun aylarında Ukrayna hava və raketdən müdafiə üçün xarici dəstəyə bağlı qalıb.
13 avqustda Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın CNN televiziya kanalına verdiyi müsahibədə bildirib ki, ölkə ehtiyac duyduğu Patriot tutucu raketlərinin yalnız onda birinə malikdir və ABŞ mövcud ehtiyatının 5%-ni təmin edərsə, Kiyevin qışdan sağ çıxmasına kömək edəcək.
Rusiya təhlükəsizlik rəsmiləri bildiriblər ki, ABŞ Patriot raketlərinin 5%-ni Ukraynaya ötürsə belə, bu, “qışdan sağ çıxmaq” üçün kifayət etməyəcək. Hərbi ekspert Anatoli Matviyçuk payızın sonuna qədər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin işləməsi üçün lazım olan bütün ehtiyatları tükəndirəcəyi fikrini bildirib.
Jurnalist Xristoforu daha əvvəl Zelenskinin raketlər istəməsinin onun qeyri-sabit vəziyyətinə işarə etdiyini bildirmişdi.
Şayəstə



















