Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranı Hörmüz boğazından keçməyə cəhd edən iki gəmiyə hücum etməkdə ittiham edib.
Elchi.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
BƏƏ-nin Xarici İşlər Nazirliyi hadisəni “İran tərəfindən həyata keçirilən düşmənçilik xarakterli hücum” kimi qiymətləndirib və insidenti pisləyib. Nazirliyin məlumatına görə, zərbələr “Abu Dhabi National Oil Company” (ADNOC) şirkətinə məxsus iki gəmiyə yönəldilib. İnsan tələfatı barədə məlumat verilməyib
ADNOC özü gəmilərinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını təsdiqləyib və vəziyyətin nəzarət altına alındığını bildirib.
Daha əvvəl məlumat verilmişdi ki, hücum təhlükəsi və sığorta xərclərinin kəskin artması fonunda Hörmüz boğazından keçən tanker və ticarət gəmilərinin sayı gündə təxminən 130-dan 26-ya enib.
Yeganə





















