Xarici işlər naziri münaqişənin danışıqlar masası arxasında bitəcəyinə inanır.
Elchi.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Afrikada keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara Kiyevin Ukraynadakı vəziyyəti həll etmək üçün 10 bəndlik planını dəstəkləyir.
“Biz münaqişənin danışıqlar masası arxasında bitəcəyinə inanırıq. Buna tez bir zamanda nail olsaq, daha yaxşı olar”, – deyə Çavuşoğlu bildirib.
O qeyd edib ki, ötən ilin martında İstanbulda müəyyən inkişaflar olub, lakin yeni parametrlər və reallıqlar ortaya çıxıb.
Nazir vurğulayıb ki, Rusiya indi danışıqlara hazır olduğunu ifadə edir, Zelenski 10 bəndlik plan irəli sürüb.
Çavuşoğlu Türkiyənin bu yöndə dəstək verdiyini və fəal işlədiyini qeyd edib.
Şayəstə