"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ MANŞET

Cəbhə bölgəsinin zabitinə qarşı LOMBARD DƏLƏDUZLUĞU

10 Aprel 2018 - 11:13
in HADİSƏ MANŞET
FacebookVatsap

Bunu da oxuyun

İsmayıllıda zəlzələ olub

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Cəbhə bölgəsinin zabitinə qarşı LOMBARD DƏLƏDUZLUĞU
Düşmənlə üz-üzə xidmət edən Azərbaycan Ordusunun zabitinə qarşı görünməmiş Lombard dələduzluğu
Azərbaycan Ordusunun düşmənlə üz-üzə xidmət edən, bu ölkənin suverenliyi uğrunda canını ortaya qoyan zabitimiz Lombard fırıldaqçılığına məruz qalıb. 
Miq.az-a daxil olan şikayət bir çox mətləbləri, o cümlədən, kredit fırıldaqçılarının bu dövlətin heç bir dəyərinə sayğı göstərmədiyini ortaya çıxardır.
Ön cəbhədə döyüşən zabitə qarşı arxa cəbhədə dələduzluq
Kərimov Rüstəm Elşad oğlu Azərbaycan Ordusunun zabitidir. Düşmənlə üz-üzə olan N saylı hərbi hissədə xidmət edir. O, bütün həyatını Azərbaycanın suverenliyini qorumaq, qarlı günlərdə belə Vətənin uğrunda mübarizə aparmağa həsr etmək yolunu seçib. Amma bu istəkdə bulunan və ön cəbhədə xidmətə başlayan  Rüstəm Kərimova zərbəni arxa cəbhədə-Nəsimi rayonu, Mir Cəlal Əliyev küçəsi, 18 A ünvanında yerləşən Lombardda vurublar.
R. Kərimov deyir ki, aldığı məvacibdən pul toplayaraq avtomobil almaq qərarına gəlir. Avtomobil sahibi ilə 14500 manata razılaşır. Lakin 10500 manat ödəmək iqtidarında olduğu üçün Lombarddan kredit götürmək qərarına gəlir. Nəsimi rayonu, Mir Cəlal Əliyev küçəsi, 18 A ünvanında yerləşən Lombardla razılaşır. Razılığa görə, o, 4300 manat kredit qarşılığında aldığı avtomobili Lombardın əməkdaşı Pərvanə Muxtarovanın adına keçirir. P. Muxtarova ona avtomobili sürmək üçün etibarnamə verir. Hər ay Lombarda 361 manat ödəməli, krediti tam ödədikdən sonra isə avtomobili onun adına keçirməli imişlər.
3 aya 4700 manat faiz, yaxud Lombardın görünməmiş fırıldağı
R. Kərimov avtomobili aldıqdan təxminən 15 gün sonra qəza keçirir. Sığorta şirkəti avtomobilin təmiri üçün təyin olunan 1240 manatı ödəməyə razılaşır, lakin prosedura görə bu pul P. Muxtarovanın hesabına köçürülməlidir. Çünki avtomobil onun adınadır.
R. Kərimov deyir: “Mən bununla bağlı Lombarda müraciət etdim. Lombardda mənə kredit verən Xəyal adlı şəxs razılaşmadı. Daha sonra sığorta şirkəti pulu Pərvanə Muxtarovanın hesabına köçürüb, avtomobil “Qrand Servis”də təmir olunduqdan sonra Lombarda aparılıb. Mənim bu prosesdən heç bir xəbərim olmadı. Bu proseslər təxminən bir neçə ay apardı. Həmin müddətdə aylıq 361 manatı ödəmədim, nəticədə 3 aylıq gecikmə yarandı. Mən aylıq ödənişi gecikmə ilə birlikdə ödəmək üçün Lombarda getdim, lakin Xəyal adlı şəxs mənə bildirdi ki, onlar bunu qəbul etmirlər. Mən götürdüyüm 4300 manatı faizi ilə birlikdə ödəməliyəm. Yalnız bundan sonra avtomobili mənə verəcəklər. Bir neçə gün sonra xəbərdarlıq etdilər ki, avtomobili satacaqlar. Bu yaxınlarda isə bildirdilər ki, avtomobili artıq satıblar. Mənə dedilər ki, avtomobili 12000 manata satıblar. Guya mənim borcum faizi ilə birlikdə, həmçinin, maşının cəriməsi ilə birlikdə 9000 manatdan çox eləyir. Halbuki, maşının cəriməsi maksimum 150 manat ola bilər. 12000 manatdan 9000 manatı özlərinə götürürlər, mənə də cəmi 3000 manat verirlər. Beləcə hər şey qurtarır. Halbuki mən avtomobilə 10500 manat nəğd pul ödəmişəm. Avtomobili alan şəxsin dilindən kağız yazılıb ki, mən ona 10500 manat nəğd pul ödəmişəm, həmçinin, Lombarddan 4300 manat alıb vermişəm. Amma Lombard 3 ay gecikməyə görə 4700 faiz alır. Bu dələduzluqdur”.
R. Kərimov deyir ki, ona avtomobilin 12000 manata satılması ilə bağlı heç bir sübut göstərilməyib. Həmçinin, bu alqı-satqıdan onun ümumiyyətlə xəbəri olmayıb.
Burada açıq qalan məqamlar var:
1. 3 aylıq gecikməyə görə necə 4700 manat faiz gəlir?
2. 14500 manata alınan avtomobil bazar qiymətinə yox, 12000 manata satılır.
3. Lombard avtomobili 12000 manata satıbsa, bununla bağlı hər-hansı qəbzi, yaxud alqı-satqı müqaviləsini niyə avtomobilin əsil sahibinə göstərmir?
4. Lombard doğrudanmı avtomobili satıb? Sübut olmadan kim zəmanət verə bilər ki, Lombard avtomobili satdığını iddia edir və faizi şişirdərək, R. Kərimova 3000 manat verməklə qazanc əldə etmək istəyir. Adi hesablamaya görə, Lombard buradan 7 min qazanc əldə edib. Belə ki, real qiyməti 14500 manat olan avtomobilə 7300 manata (4300 manat kredit kimi, 3000 manat da satışdan qalan pul kimi) əldə edir.
Hadisənin analizi da göstərir ki, bu, Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, Azərbaycan Ordusunun düşmənlə üz-üzə xidmət edən zabitinə qarşı böyük dələduzluqdur.
R. Kərimov məsələ ilə bağlı Binəqədi rayon polis bölməsinə şikayət etdiyini bildirib. O, həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini qeyd edib. O, ümid edir ki, dövlət rəhbərliyi bu məsələni diqqətdə saxlayacaq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Previous Post

Cəbhə bölgəsinin zabitinə qarşı LOMBARD DƏLƏDUZLUĞU

Next Post

Axtarışda olan 24 nəfər saxlanılıb

Bənzər yazılar

İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub

12 Fevral 2026 - 19:56

İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli...

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

18 Aprel 2024 - 11:00

Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Yaponiya ictimai televiziyası...

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

20 Dekabr 2023 - 09:30

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası...

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

19 Oktyabr 2023 - 15:56

Ukraynada Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri "Telegram"da məlumat yayıb....

Next Post
Axtarışda olan 24 nəfər saxlanılıb

Axtarışda olan 24 nəfər saxlanılıb

Axtarışda olan 24 nəfər saxlanılıb

Axtarışda olan 24 nəfər saxlanılıb

Son xəbərlər

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.