Ukraynada Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri “Telegram”da məlumat yayıb.
Xəbərdə deyilir ki, Dneprdə partlayış Dnepr bölgəsində qeydə alınıb. Yanğın başlayıb, ilkin məlumata görə, tələfat yoxdur.
Bundan əvvəl Kiyevin nəzarətində olan Xersonda partlayışlar barədə məlumat yayılıb. Səbəbi müəyyən edilməyib. Şəhər gecə ərzində bir neçə dəfə hava hücumu xəbərdarlığı səsləndirib.
Havar Şəfiyeva