Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
Heydər Əliyev prospekti – Kənar yol, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində.