“Dünyanın ən güclü ordularından iksinin rəhbərləri bir gün ara ilə Bakıya gəldilər. Oktyabrın 3-də İsrail müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər etdi”.
Elchi.az xəbər verir ki, bunu siyasi şərhçi Azər Ayxan FB hesabında bildirib:
“Oktyabrın 4-də Türkiyə milli müdafiə naziri Hulusu Akar böyük bir heyətlə Bakıya təşrif buyurdu. Ardından Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi başlayıb.
Biz də deyirik, Paşinyan belə gəldi, Nensi elə ağladı, Rusiya sülhməramlıları ordan getdi, İran burdan bəyanat verdi.
Bu qədər böyük gücümüz, arxa-dayağımız, avantajımız ola-ola niyə ağlaşmaya meylliyik? Elə nəhəng proseslər dönür xeyrimizə… Ürəkli olmaq, pozitiv olmaq, dövlətimizə, ordumuza inanmaq üçün daha nələr baş verməlidir?…”.
Şayəstə