Bosniya və Herseqovina parlamentində ilan panikası

🗓 11.06.2025 10:44 ✍️ "Elçi" qəzeti
Bosniya və Herseqovina parlamentində ilan panikası

Bosniya və Herseqovina Federasiyası Xalq Məclisinin sessiyası təxirə salınmalı olub. Səlahiyyətlilər zalda ilan olduğunu bildirib və hərtərəfli axtarışa başlanılıb.
Elchi.az xəbər verir ki, Bosniya və Herseqovina Federasiyası Xalq Məclisindən verilən yazılı açıqlamada, Xalq Məclisinin paytaxt Sarayevodakı parlament binasında keçirilməsi planlaşdırılan iclasının salonda ilan müşahidə olunduqdan sonra təxirə salındığı bildirilib.
Açıqlamada iclasdan əvvəl zalda kiçik ilan tapıldığı və əlavə araşdırma üçün zalın boşaldıldığı bildirilib.
Sosial mediada paylaşılan görüntülərdə zaldakı ilanın bir işçi tərəfindən çıxarıldığı görülüb.
Parlamentin zalında ilan qısa çaxnaşmaya səbəb olub.

Şayəstə Hüseynova

Bənzər yazılar