Xirosimada keçirilən G7 sammiti çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş koronavirus pandemiyası zamanı Beynəlxalq Valyuta Fondunun Afrika ölkələrinə yardımını yüksək qiymətləndirib. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, yardım pulu 34 milyard dollar təşkil edib.
Baş katib eyni zamanda G7 dövlətlərinin fonddan 280 milyard dollar aldığını bildirib. O qeyd edib ki, qlobal maliyyə sistemində inkişaf etmiş ölkələrin xeyrinə disbalans var.
Qeyd edək ki, bundan əvvəl BMT-nin baş katibi Təhlükəsizlik Şurasında Bretton-Vuds sisteminin təşkilat və institutlarında islahatlar aparmağa çağırmışdı.
Havar Şəfiyeva