BMT: Zukerberqin ixtisarına görə Meta*da ‘mənəvi böhran’ böyüyür
Elchi.az xəbər verir ki, şirkətdəki kütləvi ixtisarlar səbəbindən Meta* komandasında Mark Zukerberqə inamsızlıq artır, bu barədə “The Washington Post” qəzeti işçilərin anonim şikayətlərinə istinadən yazır.
Nəşrin yazdığına görə, şirkət əvvəllər böhran dövrləri ilə üzləşib, lakin rəhbərlik gələcəyə inamını qoruyub saxlayıb, lakin indi söhbət on minlərlə ixtisar edilən işçidən, eləcə də korporasiyanın özü üçün qeyri-müəyyən perspektivlərdən gedir.
Şirkətin problemləri arasında “metaverse”ə investisiyanın aşağı gəlirliliyi də var idi. Bundan əlavə, qeyd olunur ki, bütün İT sektoru faiz dərəcələrinin artması, eləcə də ümumi geosiyasi qeyri-sabitlikdən pis təsirlənib.
Məqalədə deyilir ki, indi Mark Zukerberq əsasən iş yerlərinin sayını azaltmaqla xərclərin azaldılmasını elan etmək məcburiyyətindədir və bununla da şirkətin dəyişmiş iqtisadi mühitə uyğunlaşmasını asanlaşdırmağa ümid edir.
Şayəstə Hüseynova