BMT Təhlükəsizlik Şurasının Belqorod yaxınlığında vurulan və göyərtəsində ukraynalı hərbi əsirlərin olduğu İl-76 hərbi təyyarəsi ilə bağlı iclas keçirib. Elchi.az TASS-a istinadən xəbər verir ki, iclasda Moskvadan Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çıxış edib.
Rusiya nümayəndəsi faciəyə Qərb hərbi texnikasının cəlb oluna biləcəyinə işarə edib. Onda Polyanskinin fikrincə, Qərb üçün vəziyyət daha da mürəkkəbləşəcək. “Çox şey göstərir ki, bunlar ya Amerika Patriotları, ya da Almaniya istehsalı olan IRIS-T-lər ola bilər. Əgər bu təsdiqlənərsə, onları təchiz edən Qərb ölkələri bu cinayətdə birbaşa şərik olacaqlar”.
Rusiya tərəfi həmçinin İl-76-nın qəzaya uğramasında günahkar olanların layiqli cəzasını alması üçün əlindən gələni edəcəyinə söz verib.
Havar Şəfiyeva