Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətləri çərçivəsində bu ölkəyə Avropa qoşunları yerləşdirilə bilər.
Elchi.az xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə naziri Benjamen Haddad “RBC-Ukraine”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqının (Aİ) ilk müdafiə xəttinə çevrilib. O, həmçinin Moskva ilə Kiyev arasında uzunmüddətli sülhün əldə olunması perspektivinə şübhə ilə yanaşdığını ifadə edib.
“Məhz buna görə də biz uzunmüddətli təhlükəsizlik zəmanətlərini və Ukrayna ordusuna dəstəyi – o cümlədən, ola bilsin ki, Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini – təmin etməliyik; çünki bilirik ki, Avropanın uzunmüddətli təhlükəsizliyi məsələsi məhz burada həll olunmağa davam edəcək”, – deyə Haddad bildirib.
Siyasətçi vurğulayıb ki, Ukrayna artıq Avropa təhlükəsizliyinin mərkəzindədir və uzunmüddətli perspektivdə də orada qalacaq.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd etmişdi ki, Qərb Ukraynadakı nasist rejimini davamlı etməyə çalışır; Qərb ölkələrinin öz qoşunlarını həmin respublikaya yerləşdirmək istiqamətindəki səyləri də bu niyyəti təsdiqləyir.
Yeganə




















