Bloomberg: Hollandiya Kiyevi F-16 qırıcıları ilə təmin etmək üçün ABŞ-dan icazə almaq istəyir

89

 

Hollandiya hakimiyyəti ukraynalı pilotların yenidən hazırlanmasından sonra Kiyevə F-16 qırıcılarının tədarükü üçün ABŞ-dan icazə alacağını gözləyir. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg hökumətdəki mənbələrə istinadən yazır.

Qeyd olunur ki, Hollandiyada bu modeldən 42 təyyarə var, onlardan 24-ü hazırda döyüş növbətçiliyindədir, 18-i isə gələcəkdə göndərilə bilər.

“Hollandiya çox güman ki, pilot təlimindən sonra F-16-ları Ukraynaya göndərəcək”, – deyə mənbə bildirib.

Havar Şəfiyeva