Hollandiya hakimiyyəti ukraynalı pilotların yenidən hazırlanmasından sonra Kiyevə F-16 qırıcılarının tədarükü üçün ABŞ-dan icazə alacağını gözləyir. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg hökumətdəki mənbələrə istinadən yazır.
Qeyd olunur ki, Hollandiyada bu modeldən 42 təyyarə var, onlardan 24-ü hazırda döyüş növbətçiliyindədir, 18-i isə gələcəkdə göndərilə bilər.
“Hollandiya çox güman ki, pilot təlimindən sonra F-16-ları Ukraynaya göndərəcək”, – deyə mənbə bildirib.
Havar Şəfiyeva