İngiltərənin “Hall Siti” klubunun futbolçusu Sorba Tomas avtomobil qəzası keçirib.
Elchi.az xəbər verir ki, hadisə Kottinqamdakı Millhaus Vuds şosesində baş verib.
Tomas “Land Rover” markalı avtomobillə idarəetməni itirib və qəza keçirib. Hadisə nəticəsində futbolçu xəsarət almayıb.
Sorba Tomas bu yay “Stok Siti”dən “Hall Siti”yə keçib. O, Uels yığmasının da üzvüdür.





















