İyulun sonundakı böhranın başlanğıcından bəri minlərlə miqrant, o cümlədən uşaqlar İspaniyanın Seuta şəhərində qalmaqda davam edir.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner bəyan edib.
“Minlərlə insan hələ də Seutadadır. Onların arasında müşayiət olunmayan 2 min nəfər azyaşlı var”, — deyə Avropa Komissiyasının saytında yerləşdirilən mətbuat relizində bildirilir.
O xatırladıb ki, iyulun son iki günündə Mərakeşdən İspaniyanın Seuta şəhərinə 80 minə yaxın qanunsuz miqrant keçib ki, bu da sahəsi 20 kv. km-dən az olan bu muxtar şəhərin əhalisinin sayına bərabərdir. Böhran səbəbindən Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək göstərmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, qanunsuz miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb. İspaniya Hökumətinin sədri Pedro Sançesin sentyabrın 15-də bildirdiyinə görə, son günlərdə hər gün təxminən 200 qanunsuz miqrant Seutadan Mərakeşə könüllü şəkildə geri dönür.
Məryəm





















