"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Biz kamera qarşısında başından böyük danışıb sonra ağlayan çox erməni görmüşük…”

03 Sentyabr 2022 - 22:18
in MANŞET
FacebookVatsap

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib.

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Elchi.az müsahibəni təqdim edir:

-Qüdrət bəy, Rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa köçməsi və Azərbaycan dövlətinə meydan oxumasını necə qarşıladınız?

Biz kamera qarşısında başından böyük danışan, insanları ağır cinayətlərə sürükləyən, bizi tanklarla Bakıya gələcəyi ilə hədələyən, sonra isə ağlayan çox erməni görmüşük. Onunla xüsusi xidmət orqanları məşğul olmalıdır. Çünki cəzasızlıq mühiti həm də digərləri tərəfiindən oxşar, daha ağır cinayətlərin baş verməsinə, insanların həyatını itirməsinə səbəb olan hərbi əməliyyatların keçiirlməsinə gətirib çıxarır. Ümid edirəm, onun bu çıxışı müvafiq dövlət orqanlarının diqqətindən kənarda qalmayıb.

  • -Son günlər uşqaqlarını rus dilli məktəblərə qoymağa çalışan valideynlər, həm də rus dilli məktəbləri bağlamadığı üçün hökumət bir qrup vətəndaşlarımız tərəfindən ciddi tənqid olunur. Sizin bu məsələyə münsibətiniz necədir?
  • Rus məktəblərinə axını rus dilində daha yaxşı təhsilin verilməsi, yaxud “iqtidarın rusiyayönümlü olması” ilə bağlamaq cəhdlərini yanlış hesab edirəm. Öncədən qeyd edim ki, hər bir Azərbaycan vətəndaşı həm ana dilini, həm də dövlət dilini mükəmməl bilməlidir. Amma onu da nəzərə almalıyıq ki, 10 milyonluq əhalimizin təqribən iki milyonu Rusiyada, 500 yüz mini Ukraynada və digər keçmiş sovet respublikalarında yaşayır. Çox az sayda ailə tapmaq olar ki, onların qeyd etdiyim ölkələrdə qohumları olmasın. Bu isə o deməkdir ki, hər beş nəfərdən biri qohumlarına baş çəkmək istəyəcəksə, rus dilinə ehtiyac hiss edəcək. Gənclərimizin böyük bir qismi hərbi xidmətdən sonra iş dalınca Rusiyaya gedir və onlara sərbəst ünsiyyət üçün rus dili lazımdır. Etiraf olunmalıdır ki, azərbaycan dilində təhsil almaqla rus dilinə yiyələnmək olduqca çətindir. Şübhəsi olanlar kiçik bir araşdırma aparmaqla buna əmin ola bilər. Ona görə valideynlər uşaqlarına rus dilində təhsil vermək istəyirlər ki, uşaqları daha böyük coğrafiyada sərbəst hərəkət edib iş tapa, iqtisadi, mədəni əlaqələr qura bilsin. Hazırda bizim keçmiş sovet respublikaları ilə əlaqələrimizdə əsas ünsiyyət vasitəsi rus dilidir. Türkiyə istisna olmaqla digər türk toplumları ilə hansı dildə əlaqə qururuq? Ortaq türk dili yaranana qədər geniş əlaqələr yalnız rus dili vasitəsilə mümkündür. O da etiraf olunmalıdır ki, ingilis dili nə bizdə, nə digər türk respublikalarında, nə də Rusiyada geniş yayılmayıb. Azərbaycanda rus və ingilis dillərində təhsil almadan bu dilləri akademik səviyyədə öyrənmək müşkül məsələdir. Rus dili BMT-nin altı rəsmi dilindən biri olmaqla həm də Avropada geniş yayılıb. Vaxtilə Rusiyanın koloniyası və bu gün qonşu olmağımız bizi qorxutmamalıdır. Rus dilini bilməklə insanlarımız Avropa təşkilatlarında sərbəst çıxış etmək imkanı əldə edir, Avropada otellərdə, restoranlarda, sanatoriyalarda, butiklərdə rahat ünsiyyət qura bilirlər. Rus dilinə olan münasibəti Rusiya hökumətinə olan münasibətlə də eyniləşdirmək olmaz. Bu dil bu gün də azərbaycanlılar üçün dünya elminə və ədəbiyyatına əsas çıxış vasitəsi olaraq qalır. Tarixi və qonşuluq əlaqələri baxımından bizim bu dilə ehtiyacımız həmişə olacaq. Biz orta məktəblərdə rus və ingilis dillərinin tədrisini elə təşkil etməliyik ki,uşaqlarımız dövlət dilində təhsil alarkən ingilis və rus dillərini də mənimsəyə bilsin. Valideynlər onları tənqid edən bəzi ictimai-siyasi fəallardan daha yaxşı başa düşürlər ki, bizim regionda türk dövlətləri və qonşularla sərbəst ünsiyyət üçün rus dilinə, dünyaya çıxış üçün isə ingilis dilinə böyük ehtiyac var. Hesab edirəm məktəblərimizdə rus və ingilis dillərinin öyrədilməsinə dair xüsusi dövlət proqramının qəbuluna ehtiyac var. Bu halda rus və ingilis dilli məktəblərə ehtiyac qalmayacaq. Həm də yalnız rus və ingilis dilli məktəblərdə təhsil alanlar yox, digər şagirdlər də rus və ingilis dillərini öyrənəcəklər. Hay-küylə bu məsələ öz həllini tapmayacaq, çünki insanların sadəcə bu dilə ehtiyacı var.
Previous Post

“Biz kamera qarşısında başından böyük danışıb sonra ağlayan çox erməni görmüşük…”

Next Post

Putin müharibəni dayandırmağa hazırdır – Qudkov

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post
Putin müharibəni dayandırmağa hazırdır – Qudkov

Putin müharibəni dayandırmağa hazırdır - Qudkov

Putin müharibəni dayandırmağa hazırdır – Qudkov

Putin müharibəni dayandırmağa hazırdır - Qudkov

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.