"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Beynəlxalq sərnişin və yük daşımaları operatorlarına dair tələblər müəyyənləşib

12 Aprel 2022 - 16:59
in SİYASƏT
FacebookVatsap

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib.

Bunu da oxuyun

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Elchi.az xəbər verirki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərar dərc edildiyi gündən 1 il sonra qüvvəyə minir.

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq hazırlanıb və avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücüsünün (sürücülərinin) hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir. Bu Qaydalar “Avtomobil nəqliyyatı haqqında” qanunda nəzərdə tutulan daşımalara şamil edilmir.

Operatorların uçotu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılır.

Operator avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, bu Qaydalarla müəyyənləşdirilən işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə məsul şəxsi (şəxsləri) və sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, Agentlik tərəfindən uçota alınan hüquqi şəxs (o cümlədən xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, operatorun məsul şəxsi operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də bu Qaydalarla müəyyənləşdirilən peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxsdir. Operator kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən uçota alınmaq istəyən hüquqi şəxs, o cümlədən xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (bundan sonra – fərdi sahibkar) vergi uçotuna alınmalı, mülkiyyət, istifadə və ya icarə hüququ ilə “Yol hərəkəti haqqında” qanuna uyğun dövlət qeydiyyatına alınmış avtonəqliyyat vasitəsinə (vasitələrinə) malik olmalı, işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı bu Qaydalarla müəyyən edilmiş meyarlara cavab verməlidir.
Operatorun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar aşağıdakılardır:
işgüzar nüfuzu üzrə:
– avtonəqliyyat vasitəsinə (vasitələrinə) texniki xidmət göstəril- məsi, onun (onların) saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki- təmir stansiyasının (sahəsinin) olması və ya həmin xidmətləri belə xidmətləri göstərən şəxs (şəxslər) ilə müqavilə (müqavilələr) əsasında təmin etmiş olması, o cümlədən avtonəqliyyat vasitəsinin texniki baxışdan keçməsini təsdiq edən sənədin olması;
– fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin), məsul şəxsinin (şəxslərinin) həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qulluq mənafeyi əleyhinə olan ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmaması;
– operator kimi uçota alınmaq üçün müraciət edildiyi tarixdən əvvəlki ardıcıl 12 (on iki) ay ərzində, habelə operator kimi fəaliyyət göstərdiyi halda, fəaliyyət dövrünün son 12 (on iki) ayı ərzində, hər birinə ayrı-ayrılıqda tətbiq olunmaq şərtilə fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin), həmçinin operatorun məsul şəxsinin (şəxslərinin) və sürücüsünün (sürücülərinin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1-ci, 332-ci, 337-ci, 348-ci və 353-cü maddələrindən hər hansı biri üzrə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə bağlı ümumilikdə beş dəfədən artıq məsuliyyətə cəlb edilməməsi;
– sərnişinlərin icbari fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi və beynəlxalq sığorta müqaviləsi – Azərbaycan Yaşıl Kartı), həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması;
maliyyə vəziyyəti üzrə:
– mülkiyyət, istifadə və ya icarə hüququ ilə yalnız bir avtonəqliyyat vasitəsinə malik olduqda, 5000 (beş min) manat, iki və daha çox avtonəqliyyat vasitəsinə malik olduqda, hər əlavə avtonəqliyyat vasitəsi üçün 3000 (üç min) manat aktivlərə (pul vəsaitlərinə, depozitlərə və digər aktivlərə) malik olması;
peşəkarlıq səriştəsi üzrə:
– beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirəcək sürücünün (sürücülərin) avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsinə malik olması;
– operatorun məsul şəxsinin (şəxslərinin) avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və (və ya) yük daşımaları üzrə fəaliyyəti, o cümlədən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini və onların istismarını, avtomobil nəqliyyatı ilə daşımalara dair müqavilələrin və mühasibat uçotu sənədlərinin yoxlanılmasını, habelə daşımaların təhlükəsizliyi məsələlərinin yoxlanılmasını faktiki və fasiləsiz olaraq idarə etməsi;
– operatorun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirəcək sürücünün (sürücülərin) peşəkarlıq səriştəsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası” üzrə hazırlıq və ya yenidən hazırlıq keçməsi.
Hüquqi şəxslər və fərdi sahibkarlar operator kimi uçota alınmaq üçün Agentliyə “Lisenziyalar və icazələr” portalı vasitəsilə elektron qaydada müraciət edirlər. Elektron ərizəyə aşağıdakı məlumatlar və sənədlər əlavə edilir (bu sənədlər üzrə məlumatların “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsində göstərilən qaydada əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur):
– ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
– ərizəçi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;
– ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
– ərizəçi hüquqi şəxs olduqda, onun idarəetmə orqanının rəhbəri (rəhbərləri) haqqında məlumatlar (adı, soyadı, atasının adı və vəzifəsi);
– məsul şəxs (şəxslər) haqqında məlumatlar (adı, soyadı, atasının adı və fərdi identifikasiya nömrəsi);
– məsul şəxsin (şəxslərin) müəyyən olunmasını təsdiq edən sənədin surəti;
– beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulan, mülkiyyət, istifadə və ya icarə hüququ ilə malik olduğu avtonəqliyyat vasitələri barədə məlumatlar (dövlət qeydiyyat nişanı, markası, modeli, tipi, buraxılış ili, ekoloji sinfi (əgər mövcuddursa), mühərrik nömrəsi, ban nömrəsi, rəngi, icazə verilmiş maksimum kütləsi, yüksüz kütləsi);
– barəsində məlumat təqdim olunan avtonəqliyyat vasitələrindən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;
– sürücü (sürücülər) haqqında məlumatlar (adı, soyadı və atasının adı), sürücünün (sürücülərin) avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsinin (vəsiqələrinin) surəti və əmək müqaviləsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış;
– avtonəqliyyat vasitəsinə (vasitələrinə) texniki xidmət göstərilməsi, onun (onların) saz vəziyyətdə saxlanılması və təmiri üçün texniki-təmir stansiyasının (sahəsinin) olmasını təsdiq edən sənədin və ya belə xidmətləri göstərəcək şəxs (şəxslər) ilə bağlanılmış müqavilənin (müqavilələrin) surəti;
– fərdi sahibkarın və ya hüquqi şəxsin idarəetmə orqanının rəhbərinin (rəhbərlərinin), məsul şəxsinin (şəxslərinin) bu Qaydaların 2.2.1-ci yarımbəndinin 2-ci abzasında göstərilən ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya müvafiq fəaliyyətlə məşğul olması hüququndan məhrumetmə ilə bağlı məhkəmə qərarının olmamasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış;
– operator kimi uçota alınmaq üçün müraciət edildiyi tarixdən əvvəlki ardıcıl 12 (on iki) ay ərzində, habelə operator kimi fəaliyyət göstərdiyi halda, fəaliyyət dövrünün son 12 (on iki) ayı ərzində, hər birinə ayrı-ayrılıqda tətbiq olunmaq şərti ilə ərizəçinin, onun məsul şəxsinin (şəxslərinin) və sürücüsünün (sürücülərinin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1-ci, 332-ci, 337-ci və 353-cü maddələrindən hər hansı biri üzrə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə bağlı ümumilikdə beş dəfədən artıq məsuliyyətə cəlb olunmaması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi üzrə isə müvafiq qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən arayış;
– bu Qaydalara uyğun olaraq ərizənin verildiyi günədək kənar (müstəqil) auditor tərəfindən təsdiq edilmiş son hesabat dövrünə aid maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları (auditor rəyi əlavə edilməklə), habelə maliyyə vəziyyəti barədə bank arayışı;
– müvafiq icbari sığortalar üzrə icbari sığorta şəhadətnamələrinin surəti (elektron qaydada bağlanılan icbari sığorta şəhadətnamələrinin seriya və nömrəsi);
– məsul şəxsin (şəxslərin), habelə sürücünün (sürücülərin) peşəkarlıq səriştəsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyə- tinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası” üzrə hazırlıq və ya yenidən hazırlıq keçməsi haqqında şəhadətnamənin surəti;
– sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən daşıyıcı kartının və müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsi olan avtonəqliyyat vasitələri sürücülərinin rəqəmsal taxoqraf kartlarının olması barədə məlumat.
Elektron müraciət real vaxt rejimində qeydiyyata alınır və baxılır.
Qanunla tələb olunan müvafiq dövlət rüsumu və xidmət haqqı ödənildikdən sonra ərizəçiyə ciddi hesabat blankı olan buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin sayına uyğun ciddi hesabat blankı olan buraxılış kartı Agentliyin rəhbərinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək ərizəçinin elektron kabinetinə göndərilir.

Previous Post

Beynəlxalq sərnişin və yük daşımaları operatorlarına dair tələblər müəyyənləşib

Next Post

Putin: “Qərbin ümid etdiyi blitzkriq baş tutmadı”

Bənzər yazılar

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53

Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49

AZE - Azərbaycan Milli QHT Forumunun üzv təşkilatının təmsilçisi Nigar Ramazanova 1 oktyabr tarixində Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının...

Next Post
Putin: “Qərbin ümid etdiyi blitzkriq baş tutmadı”

Putin: “Qərbin ümid etdiyi blitzkriq baş tutmadı”

Putin: “Qərbin ümid etdiyi blitzkriq baş tutmadı”

Putin: “Qərbin ümid etdiyi blitzkriq baş tutmadı”

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.