"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəlib

🗓 25.06.2025 12:32 ✍️ "Elçi" qəzeti
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəlib

Portuqaliyanın "Benfika" klubu 13 oyundan sonra Almaniya təmsilçisi "Bavariya"ya qalib gəlib.

Elchi.az xəbər verir ki, "qartallar"ın yeganə qalibiyyəti klublararası dünya çempionatında qeydə alınıb.

Komanda C qrupunun III turunda rəqibini minimal hesabla üstələyib - 1:0.

Qeyd edək ki, tərəflər indiyədək 13 dəfə üz-üzə gəliblər. Bunların 10-da Münhen təmsilçisi qələbə qazanıbsa, 3 görüşdə heç-heçə qeydə alınıb.

Bənzər yazılar