ABŞ konqresmeni Biggs: Co Bayden ölkəni idarə etmir.
Elchi.az xəbər verir ki, Ağ Evin prezidenti Co Bayden ABŞ-a rəhbərlik etmir. Respublikaçı konqresmen Endi Biqs bunu Fox Business-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, hər kəs Baydenin əqli qabiliyyətlərini və koqnitiv pozğunluqlarını görür. “Biz hamımız hiss edirik ki, Bayden həqiqətən ölkəyə rəhbərlik etmir” konqresmen deyib.
Biggs vurğuladı ki, bir çox amerikalı onun yanına gəlib ölkəni həqiqətən kimin idarə etdiyini soruşur. Əslində, Birləşmiş Ştatlara prezident administrasiyası rəhbərlik edir, burada hər kəs “öz mülkündə” hökm sürür.
Şayəstə Hüseynova