Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və BAXCP rəhbərliyinə daxil olan şəxslər Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı məzarını ziyarət edəcəklər.
Bununla bağlı “Moderator.az” saytına açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, BAXCP lideri Qüdrət Həsənquliyev hər il Elçibəyin həm vəfatı günü, həm də doğum günü məzarını ziyarət edir:”Əbülfəz Elçibəyin abidəsi önünə BAXCP adından əklil qoyulur, ruhuna dualar oxunur. Sabah da Elçibəyin məzarı ziyarət olunacaq.”
Ölkəmizdə bu ərazidə zəlzələ olub
Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika...





















Son şərhlər