ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ nümayəndələri Birləşmiş Ştatlarda dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsinə son qoymaq üçün gərgin iş aparırlar və o, tezliklə razılığın əldə olunacağını vəd edib.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Biz Rusiya və Ukraynanı [razılığa gətirmək] üçün çox səylə çalışırıq… Bilirsiniz, mən səkkiz müharibəyə son qoymuşam. Lakin ən çətini Rusiya ilə Ukrayna arasındakı münaqişədir, çünki liderlər bir-birinə nifrət edirlər”, – deyə Tramp Şimali Karolinadakı mitinqdə bildirib.
Trampın sözlərinə görə, Ukrayna münaqişəsi ABŞ-da dizel yanacağının qiymətinin artmasına səbəb olur. “Lakin bu, tezliklə bitəcək”, – deyə ABŞ Prezidenti qeyd edib.
Yeganə





















