ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Filippin prezidenti kiçik Ferdinand Markos ilə görüşü zamanı zarafat edib ki, o, amerikalı hərbi lider Duqlas MakArtur kimi Filippin ordusunun feldmarşalı rütbəsinə yüksəldilməsinə etiraz etmir.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Tribune” məlumat yayıb.
“İstərdim ki, mənim üçün də eyni şeyi edəsən, əgər sənin üçün uyğundursa. Mən bunu istərdim. Yəni, niyə məndə olmasın?” ,-deyə Tramp bildirib.
Filippin lideri ilə görüşündən sonra Tramp Vaşinqton və Manilanın ticarət sazişi imzaladığını və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiyini açıqlayıb. O, həmçinin bildirib ki, ABŞ Filippinin irimiqyaslı nüvə enerjisi layihəsinin hazırlanmasında Amerika texnologiyasından istifadə etməsini təsdiqləyib.
Yeganə





















