"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

18 Sentyabr 2026 - 14:31
in CƏMİYYƏT
FacebookVatsap

Bir günə qədər məktəbə gedən, rəfiqələri ilə gələcək arzularından danışan, hansı peşəni seçəcəyini düşünən bir qızın həyatı qəfil dəyişir. Onun qarşısına kitabların, arzuların və seçimlərin deyil, ailə məsuliyyətinin qapısı açılır. Uşaqlıqdan böyüklər dünyasına atılan bu addım isə çox zaman “ailə qurmaq” ifadəsinin arxasında görünməyən ağır nəticələr gizlədir. Erkən nikah uşağın yalnız təhsilini deyil, uşaqlığını, seçim imkanlarını və gələcəyə inamını da əlindən ala bilər. Bəzən uşaq yaşadıqlarını danışmır, bəzən ailəsinin təzyiqindən qorxur, bəzən isə başına gələnləri taleyinin dəyişməz hissəsi kimi qəbul edir. Ətrafındakılar isə təhlükəni görsələr də, “ailənin işidir” düşüncəsi ilə susurlar. Amma bir uşağın gələcəyi ailədaxili məsələ sayıla bilərmi? Uşağın səsi eşidilmədikdə kim onun yerinə danışmalıdır? Erkən nikaha sürüklənən uşaqların yenidən həyata, təhsilə və arzularına qayıtması mümkündürmü? Bu sualların cavabını illərdir risk qrupunda olan uşaqlar və zorakılıq halları ilə üzləşən azyaşlılarla çalışan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə ilə söhbətimizdə axtardıq. Onun sözlərinə görə, bəzən bir uşağın həyatını dəyişmək üçün böyük addımlar deyil, vaxtında uzadılan bir əl və “sən tək deyilsən” demək kifayətdir.

Bunu da oxuyun

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

– Kəmalə xanım, Siz uzun illərdir risk qrupunda olan uşaqlar, zorakılıq, baxımsızlıq, erkən nikah və uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərirsiniz. Erkən nikahın qurbanı olan uşaqlarla iş təcrübənizə əsasən, bu problemin uşağın həyatında yaratdığı ən ağır nəticələr hansılardır?

– Erkən nikahın ən ağır nəticəsi odur ki, uşağın uşaqlığı əlindən alınır. Biz bəzən məsələni sadəcə “erkən ailə qurmaq” kimi təqdim edirik. Amma burada söhbət ailə qurmağa hazır olmayan, hələ şəxsiyyət kimi formalaşmamış bir uşağın birdən-birə böyüklərin həyatına məcbur edilməsindən gedir. Uşaq təhsildən uzaq düşür, yaşıdlarından təcrid olunur, öz arzularını, planlarını yarımçıq qoyur. Daha sonra isə ailə məsuliyyəti, bəzən ana olmaq, ailədaxili problemlər və hətta zorakılıqla üz-üzə qalır. Ən ağrılı tərəfi odur ki, bir çox hallarda həmin uşağın öz həyatına dair qərar vermək haqqı belə əlindən alınmış olur.

– Erkən nikahların qurbanı olan uşaqlarda ən çox hansı psixoloji travmalar müşahidə olunur və onların bərpası nə qədər vaxt aparır?

– Bu uşaqlarda ən çox qorxu, özünə qapanma, özgüvənin itməsi, günahkarlıq hissi və gələcəyə inamsızlıq görürük. Bəzən uşaq yaşadıqlarını danışmaq istəmir, bəzən isə danışsa da, uzun müddət həmin travmanın təsirindən çıxa bilmir.Travmanın bərpasının konkret vaxtı yoxdur. Bir uşağa bir neçə ay kifayət edə bilər, digərinə isə illərlə dəstək lazım ola bilər. Çünki travma təkcə yaşanan hadisə deyil, uşağın özünü necə hiss etməsinə, insanlara olan etibarına və gələcəyə baxışına təsir edir. Ən vacib məsələ uşağa təhlükəsiz mühit yaratmaq və ona hiss etdirməkdir ki, sən günahkar deyilsən, sən tək deyilsən və sənin həyatın burada bitmir.

– Sizin Mərkəzə daxil olan müraciətlər nəyi göstərir? Erkən nikahlar daha çox hansı sosial və ailə problemləri ilə müşayiət olunur?

– Bizim təcrübəmiz göstərir ki, erkən nikah çox zaman tək bir problem olmur. Onun arxasında ailədaxili zorakılıq, baxımsızlıq, sosial çətinliklər, təhsildən yayınma, valideynlə uşaq arasında sağlam ünsiyyətin olmaması və uşağın hüquqları barədə məlumatsızlıq dayanır.

– Bəzən erkən nikah yalnız ailə məsələsi kimi qiymətləndirilir. Sizcə, bu problemə ilk növbədə uşaq hüquqlarının pozuntusu kimi yanaşmaq nə üçün vacibdir?

– Çünki heç bir ailə məsələsi uşağın hüquqlarından üstün ola bilməz. Uşağın təhsil almaq, təhlükəsiz yaşamaq, zorakılıqdan qorunmaq və gələcəyinə dair qərarlarda iştirak etmək hüququ var. Biz “ailənin daxili işidir” deyib kənara çəkildiyimiz anda, əslində, uşağı müdafiəsiz qoymuş oluruq. Erkən nikah ailənin şəxsi seçimi kimi deyil, uşağın hüquqları və təhlükəsizliyi məsələsi kimi qəbul edilməlidir.

– Məktəblər erkən nikah riskini vaxtında müəyyən etmək üçün hansı əlamətlərə diqqət yetirməlidirlər? Müəllimlərin rolu nə qədər önəmlidir?

– Müəllimlərin rolu çox böyükdür. Çünki bəzən uşaq ailəsində danışa bilmədiyini müəlliminə deyə bilir. Uşağın dərsə davamiyyətinin qəfil azalması, məktəbdən uzaqlaşdırılması, davranışında dəyişiklik, özünə qapanması, qorxulu və gərgin görünməsi, gələcəklə bağlı planlarının birdən-birə dəyişməsi – bunlar diqqətdən kənarda qalmamalıdır. Bəzən bir müəllimin vaxtında verdiyi reaksiya bir uşağın bütün həyatını dəyişə bilər. Ona görə də müəllim yalnız dərs deyən insan deyil, həm də uşağın həyatında onu görən, hiss edən və təhlükə zamanı düzgün addım atan şəxs olmalıdır.

– Erkən nikah təhlükəsi ilə üzləşən uşaq və ya onun yaxınları sizə müraciət etdikdə hansı dəstək mexanizmləri işə düşür?

– İlk növbədə uşağın təhlükəsizliyinə baxılır. Uşağın hansı şəraitdə olduğu, ona təzyiq və ya zorakılıq olub-olmaması qiymətləndirilir. Sonra vəziyyətə uyğun olaraq psixoloji, sosial və hüquqi dəstək göstərilir. Zərurət yarandıqda aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilir. Bizim üçün əsas məsələ yalnız uşağı bir təhlükəli vəziyyətdən çıxarmaq deyil. Uşağın sonrakı həyatı da vacibdir. Onun təhsili, psixoloji vəziyyəti, gələcəkdə müstəqil həyata hazırlanması – bütün bunlar reinteqrasiya prosesinin bir hissəsidir.

– Təcrübəniz nəyi göstərir, erkən nikahların qarşısının alınmasında ən böyük boşluq haradadır? Maariflənmədə, nəzarətdə, yoxsa qurumlararası əməkdaşlıqda?

– Məncə, problem yalnız bir sahədə deyil. Maarifləndirmə də vacibdir, nəzarət də, qurumlararası əməkdaşlıq da. Amma ən böyük problemlərdən biri odur ki, bəzən təhlükə hamıya görünür, amma heç kim ilk addımı atmır. Hamı düşünür ki, bəlkə başqası müdaxilə edər. Uşaq məsələsində “mənlik deyil” yanaşması olmamalıdır. Müəllim, qonşu, qohum, sosial işçi – kim uşağın təhlükədə olduğunu görürsə, məsuliyyətli davranmalıdır.

– Erkən nikahın qarşısını almaqda uşağın özünün məlumatlılığı nə dərəcədə rol oynayır? Məktəblərdə hüquqi və həyat bacarıqları ilə bağlı maarifləndirmə kifayət edirmi?

– Uşağın öz hüquqlarını bilməsi çox vacibdir. Uşaq bilməlidir ki, onun razılığı olmadan həyatına dair hər qərar normal hesab edilə bilməz. O, təhlükə ilə üzləşəndə kimə müraciət edə biləcəyini də bilməlidir. Mən hesab edirəm ki, məktəblərdə bu istiqamətdə daha çox işləməyə ehtiyac var. Uşaqlara yalnız hüquqlarını sadalamaq kifayət deyil. Onlara real həyatda qarşılaşa biləcəkləri vəziyyətlərdə özlərini necə qoruya biləcəklərini, “yox” deməyi, kömək istəməyi və təhlükəsiz şəxslərə müraciət etməyi öyrətmək lazımdır.

– Ailələr çox vaxt “övladımızın xeyrini düşünürük” arqumentini irəli sürürlər. Sizin müşahidələriniz bu arqumenti təsdiqləyir, yoxsa əksini göstərir?

– Mən inanıram ki, əksər valideynlər həqiqətən də övladları üçün yaxşı gələcək istəyirlər. Amma yaxşı niyyət həmişə düzgün qərar demək deyil.

Bəzən valideyn öz yaşadığı həyatı, öz qorxularını, cəmiyyətin fikrini uşağın gələcəyindən üstün tutur. “Qız böyüyüb, artıq ailə qursun”, “sonra gec olar”, “el nə deyər?” kimi düşüncələr uşağın həyatını müəyyənləşdirə bilməz. Övladının xeyrini düşünmək onun uşaqlığını əlindən almaq deyil. Əksinə, ona təhsil, təhlükəsizlik, seçim və gələcək verməkdir.

– İllərdir bu sahədə çalışan bir mütəxəssis kimi, erkən nikahlarla mübarizədə cəmiyyət hansı yanlış düşüncədən mütləq imtina etməlidir?

– Cəmiyyət “bu bizim ailənin işidir” düşüncəsindən imtina etməlidir. Uşağın hüququ pozulursa, o artıq təkcə bir ailənin məsələsi deyil. Bu, hamımızın məsələsidir. Bir də “qız uşağının əsas gələcəyi ailə qurmaqdır” düşüncəsi dəyişməlidir. Qız uşağının gələcəyi onun təhsili, arzuları, seçimi, peşəsi və şəxsiyyətidir. Ailə qurmaq isə yalnız insan buna hazır və özü bu qərarı verdiyi zaman həyatının bir hissəsi ola bilər.

– Sığınacaqda rastlaşdığınız talelər arasında elə bir hadisə varmı ki, erkən nikahın bir uşağın gələcəyini necə dəyişdiyini ən aydın şəkildə göstərsin? Həmin hekayədən valideynlər və cəmiyyət hansı nəticəni çıxarmalıdır?

– Bu sahədə işlədiyimiz illər ərzində çox ağır talelərlə qarşılaşmışıq. Bəzən qarşımızda yaşı uşaq olan, amma yaşadıqları səbəbindən özünü çoxdan böyük kimi aparmağa məcbur qalmış bir qız görürük. Belə hallarda ən ağır mənzərə odur ki, uşaq artıq öz arzularından danışmır. Sanki gələcəklə bağlı düşünmək hüququnun olmadığını qəbul edib. Amma ona təhlükəsiz mühit, qayğı, psixoloji dəstək və ən əsası, seçim haqqı verildikdə tədricən dəyişməyə başlayır. Bir müddət sonra həmin uşaq yenidən təhsilindən, istədiyi peşədən, gələcək arzularından danışır. Bu, bizə bir daha göstərir ki, uşağın həyatı üçün onun yerinə qərar vermək olmaz. Valideynlər və cəmiyyət bir şeyi anlamalıdır: uşağın həyatını dəyişmək üçün bəzən ona sadəcə imkan vermək lazımdır.

– Bu gün erkən nikah riski ilə üzləşən hər bir uşağa və onun valideyninə nə demək istərdiniz?

– Erkən nikah riski ilə üzləşən hər bir uşağa demək istəyirəm: Sən tək deyilsən. Sənin başına gələnlərə görə sən günahkar deyilsən. Qorxduğun, çıxış yolu görmədiyin anda belə kömək istəməkdən çəkinmə. Sənin uşaqlığın, təhsilin, arzuların və gələcəyin dəyərlidir.Valideynlərə isə demək istəyirəm: uşağınızın gələcəyini cəmiyyətin qorxuları ilə deyil, onun maraqları və hüquqları ilə müəyyənləşdirin. Bu gün verdiyiniz bir qərar onun bütün həyatına təsir edə bilər. Biz illərdir görürük ki, uşağa vaxtında uzadılan bir əl, verilən bir dəstək onun həyatını tamamilə dəyişə bilir. Ona görə də heç bir uşağın səsini eşitməməzlikdən gəlməyək. Uşaqları qorumaq yalnız bir qurumun və ya bir təşkilatın işi deyil – bu, hamımızın məsuliyyətidir.

Müsahibə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Əvvəl bilik, sonra birlik” layihəsi çərçivəsində hazırlanıb

 

Previous Post

Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

Next Post

TDT-nin inkişafı təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsindən keçir

Bənzər yazılar

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, Baş prokuror...

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

09 Oktyabr 2026 - 09:58

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində görüş keçiriblər. Bu...

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47

Erkən nikah gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdən biridir. Bu nikahlar ailələrin sosial və psixoloji...

Next Post
TDT-nin inkişafı təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsindən keçir

TDT-nin inkişafı təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsindən keçir

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24
Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

09 Oktyabr 2026 - 11:17
“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

09 Oktyabr 2026 - 11:06
ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

09 Oktyabr 2026 - 10:52
Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09 Oktyabr 2026 - 10:47
Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

09 Oktyabr 2026 - 10:43
Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

Prezident: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb

09 Oktyabr 2026 - 10:40
Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

Ağ Ev Microsoft-un xarici işçiləri işə götürməsinin qarşısını alır

09 Oktyabr 2026 - 10:38
Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Prezident: Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

09 Oktyabr 2026 - 10:32
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

09 Oktyabr 2026 - 10:29
Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

Ukraynadan BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı

09 Oktyabr 2026 - 10:16
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib – YENİLƏNİB

09 Oktyabr 2026 - 10:07
FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

FHN yanında İctimai şuranın üzvləri arasında görüş keçirilib

09 Oktyabr 2026 - 09:58
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

09 Oktyabr 2026 - 09:46
Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

09 Oktyabr 2026 - 09:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.