Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və BAXCP rəhbərliyinə daxil olan şəxslər Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı məzarını ziyarət edəcəklər.
Bununla bağlı “Moderator.az” saytına açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, BAXCP lideri Qüdrət Həsənquliyev hər il Elçibəyin həm vəfatı günü, həm də doğum günü məzarını ziyarət edir:”Əbülfəz Elçibəyin abidəsi önünə BAXCP adından əklil qoyulur, ruhuna dualar oxunur. Sabah da Elçibəyin məzarı ziyarət olunacaq.”
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....





















Son şərhlər