"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

18 Sentyabr 2026 - 12:03
in HADİSƏ
FacebookVatsap

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bunu da oxuyun

Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb

Azərbaycanda zəlzələ olub

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Elchi.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, Bakı şəhərində keçiriləcək “2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 24-dən 26-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

Bildirilib ki, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.

Qeyd edilib ki, yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.

Belə ki, ilkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq. Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.

23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Giriş nöqtələri:

– Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

– M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

– Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində;

– Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;

– Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.

Çıxış nöqtələri:

– Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;

– İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

– Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.

Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.

Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.

Previous Post

FHN sürücülərə müraciət edib

Next Post

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Bənzər yazılar

Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb

Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən iki nəfər saxlanılıb

27 Noyabr 2026 - 11:24

Gürcüstanda dövlət sərhədini qrup halında qanunsuz keçmə, külli miqdarda narkotik vasitənin qanunsuz yolla ölkəyə gətirilməsi və saxlanılması faktlarına görə iki...

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

26 Noyabr 2026 - 21:12

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji...

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

26 Noyabr 2026 - 17:03

Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha 3 ay uzadıb. Elchi.az xəbər verir...

Bakıda yaşayış binasında yanğın olub – FOTO

Bakıda yaşayış binasında yanğın olub – FOTO

26 Noyabr 2026 - 16:34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın...

Next Post
Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Prezident İlham Əliyevə verdiyimiz sözü yerinə yetirdik – Nazir

Prezident İlham Əliyevə verdiyimiz sözü yerinə yetirdik – Nazir

27 Noyabr 2026 - 14:14
Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

27 Noyabr 2026 - 14:07
Vilyam Hacıyev azadlığa buraxılıb

Vilyam Hacıyev azadlığa buraxılıb

27 Noyabr 2026 - 14:06
Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

27 Noyabr 2026 - 14:00
Bayramda neçə gün evdə olacayıq? – Tarixlər

Bayramda neçə gün evdə olacayıq? – Tarixlər

27 Noyabr 2026 - 13:52
Azərbaycan ATƏT-ə sədrlik edə bilər – Ceyhun Bayramov

Azərbaycan ATƏT-ə sədrlik edə bilər – Ceyhun Bayramov

27 Noyabr 2026 - 13:43
İlin sonunda əfv olacaq?

İlin sonunda əfv olacaq?

27 Noyabr 2026 - 13:30
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

27 Noyabr 2026 - 13:18
Alimentin universiteti bitirənədək ödənilməsi təklif olunur

Alimentin universiteti bitirənədək ödənilməsi təklif olunur

27 Noyabr 2026 - 13:09
Orban istefasından sonra iş tapıb

Orban istefasından sonra iş tapıb

27 Noyabr 2026 - 13:00
Mətbuat Şurası bəyanat yaydı

Mətbuat Şurası bəyanat yaydı

27 Noyabr 2026 - 12:51
Duman olacaq, külək əsəcək – SABAHIN HAVASI

Duman olacaq, külək əsəcək – SABAHIN HAVASI

27 Noyabr 2026 - 12:42
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası MDU-da möhtəşəm Forum reallaşdırdı: GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası MDU-da möhtəşəm Forum reallaşdırdı: GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

27 Noyabr 2026 - 12:33
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB

Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin təkbətək görüşü keçirilir – YENİLƏNİB

27 Noyabr 2026 - 12:25
Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

27 Noyabr 2026 - 12:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.