Bank of America 16,7 milyard dollar ödəməyə razı oldu

🗓 21.08.2014 20:48 ✍️ "Elçi" qəzeti
ABŞ-ın ikinci ən böyük bankı olan Bank of America ipoteka ilə bağlı problemləri tənzimləməyə 16,7 milyardimg1578842 dollar ödəyəcək. Belə bir razılşma Bank of America ilə ABŞ-ın Ədliyyə nazirliyi arasında əldə olunub.
Bank ABŞ hökumətinə, qiymətli kağızlar və birjalar komissiyasına, 6 ştatın hökumətlərinə nağd şəkildə 9,7 milyard dollar ödəməlidir. Qalan 7 milyard dollar isə ipotekalardan əziyyət çəkən ev sahiblərinin borcunu  yüngülləşdirməyə veriləcək.
Bundan əvvəl ABŞ-ın digər bankı JP Morgan Chase eyni problemlə bağlı 13 milyard dollar ödəməyə razı olmuşdu.

Bənzər yazılar