"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Bakıya “Avro-6” standartlı CNG avtobusları gətirilib – FOTO

22 Fevral 2022 - 14:21
in HADİSƏ
FacebookVatsap

20 ilə yaxındır Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti xidmət keyfiyyətinin daha da artırılması, sərnişin məmnuniyyətinin yüksəldilməsi məqsədilə müxtəlif layihələr icra edir.

Bunu da oxuyun

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

Bakıda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

Bakıda oğurluq edən 35 yaşlı qadın saxlanıldı

Şirkətdən verilən məlumata görə, bu layihələrin davamı olaraq fevralın 22-də “Xaliq Faiqoğlu” şirkətinin Bakı şəhər Yasamal rayonu ərazisində yeni istehsalat bazasının və müasir “Avro-6” standartlarına cavab verən, ekoloji təmiz CNG yanacaq mühərrikli “OTOKAR KENT LF CNG” markalı avtobusların təqdimatı mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən şirkətin idarə heyətinin sədri Faiq Seyidov yeni istehsalat bazasının paytaxtın ictimai nəqliyyat infrastrukturunda əhəmiyyətli yer tutacağını bildirib. Burada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsinin mümkünlüyünü, həmçinin onlara texniki xidmətin göstəriləcəyini qeyd edən F. Seyidov istehsalat bazasında “Azpetrol” MMC tərəfindən müasir yanacaqdoldurma məntəqəsinin qurulduğunu əlavə edib.

Həmçinin qeyd edilib ki, “Xaliq Faiqoğlu” şirkəti “PAŞA Bank” ASC ilə sıx əməkdaşlıq çərçivəsində Türkiyənin qabaqcıl avtobus istehsalçılarından olan “Otokar Savunma Sanayi A.Ş”dən müasir emissiya standartlarına tam cavab verən avtobusların alınması layihəsini icra edir. Layihə çərçivəsində ölkəmizə gətirilməsi nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı “Xaliq Faiqoğlu” şirkətinə təhvil verilmiş, geridə qalan bir neçə gün ərzində onlara müasir ödəniş cihazları quraşdırılmışdır. Sabahdan, yəni 23 fevral tarixindən bu avtobuslar marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcəkdir.

Şirkət rəhbəri bildirib ki, Bakıya gətirilmiş 50 yeni avtobusdan 2 ədədi 18,70 metr olmaqla qoşqulu və 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarında sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq: “Prezident İlham Əliyevin sahibkarlığa göstərdiyi ali qayğı və diqqət bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafına ən böyük dəstəkdir. Daim dövlətimizin dəstəyini yaxından hiss etmişik və bu bizi yeni layihələr həyata keçirməyə ruhlandırıb. Hazırda “PAŞA Bank”la əməkdaşlıq çərçivəsində həyata keçirdiyimiz layihənin ümumi dəyəri 55 milyon manatdan artıqdır. Xüsusi vurğulamaq istəyirəm ki, bu, bizim son layihəmiz deyil, 20 il əvvəl çıxdığımız bu yola həmişəki həvəs və enerji ilə davam edəcəyik”.

Tədbirdə çıxış edən “PAŞA Bank” ASC-nin baş direktoru və idarə heyətinin sədri Taleh Kazımov, eləcə də “Azpetrol” MMC-nin baş direktoru Ceyhun Məmmədov ictimai nəqliyyat sahəsinin özünəməxsus çətinlikləri olan və çox məsuliyyətli bir fəaliyyət növü olduğunu qeyd ediblər. İş adamları “Xaliq Faiqoğlu” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə ediblər və həyata keçirilən layihələrin uzunömürlü olacağına inandıqlarını bildiriblər. Təqdimat mərasiminin yekununda istehsalat bazası və yeni alınmış avtobuslara baxış keçirilib.

Bakıya "Avro-6" standartlı CNG avtobusları gətirilib - FOTO

Previous Post

Bakıya “Avro-6” standartlı CNG avtobusları gətirilib – FOTO

Next Post

Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”

Bənzər yazılar

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib. Bu barədə Elchi.az - a mərhumun ailəsi məlumat verib. Qeyd edək ki,...

Bakıda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

05 İyun 2026 - 18:13

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan...

Bakıda oğurluq edən 35 yaşlı qadın saxlanıldı

Bakıda oğurluq edən 35 yaşlı qadın saxlanıldı

05 İyun 2026 - 17:35

Paytaxtın müxtəlif ərazilərində qeydə alınan oğurluq hadisələrinin üstü polis əməkdaşları tərəfindən açılıb. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

05 İyun 2026 - 13:41

Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Xarici...

Next Post
Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”

Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”

Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”

Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”

Son xəbərlər

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

06 İyun 2026 - 10:50
NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir

NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir

06 İyun 2026 - 10:38
“Bitcoin”in qiyməti 61 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 61 min dollardan aşağı enib

06 İyun 2026 - 10:15
Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb

Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb

06 İyun 2026 - 10:00
Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20
Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

05 İyun 2026 - 22:17
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

05 İyun 2026 - 19:27
Livan şərtini açıqladı

Livan şərtini açıqladı

05 İyun 2026 - 19:26
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.