"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib

15 Yanvar 2022 - 13:06
in SİYASƏT
FacebookVatsap

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə açan Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb.
Sədr müavini Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.
O bildirib ki, QHT-lər digər təsisatlarla birgə bu prosesi fəal təşkil edirlər: “Hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Bizdən gözlənti budur”.
Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov qeyd edib ki, uzun müddətdir sosial və ənənəvi mediada ictimai nəzarət və korrupsiya məsələsi müzakirə olunur. O bildirib ki, bu istiqamətdə işlər gedir, həmçinin vurğulayıb ki, ictimai nəzarət vətəndaş cəmiyyətinin nəzarəti deməkdir.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycanda ictimai nəzarət institutları var: “Ayrı-ayrı institutlaşma var. İnstitutlaşma ictimai nəzarətin daimi fəaliyyətə çevrilməsidir. Fəaliyyətin həyata keçirilməsi üçün hansısa təsisatın yaradılması lazımdır”.
O bildirib ki, korrupsiyaya qarşı mübarizə geniş koalisiya şəklində olmalıdır: “Mövcud vəziyyətdə ictimai nəzarət institutlarının hansı məsələdə effektli olmadığı müəyyənləşdirilməlidir”.
Ə.Nuriyev həmçinin ötən il korrupsiya halları ilə bağlı statistikadan danışıb: “Ötən il 492 şəxsə 301 korrupsiya işi ilə bağlı cinayət işi olub. 39 milyon 224 min manat vəsait baş vermiş cinayətlər nəticəsində geri qaytarılıb. 101 milyon 373 min manatlıq əmlak üzərində həbs qoyulub. Azadlığa çıxmış şəxslər tərəfindən 2 milyon 195 min manatlıq zərər ödənilib. Korrupsiyaya qarşı mübarizədə tendensiya pozitiv istiqamətdədir”.
Daha sonra Agentliyin Müşahidə Şurasının digər üzvlərinin və QHT təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib. Onlar korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin fəallıq nümayiş etdirdiyini bildirib, bundan sonra bu cür fəaliyyətlərin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndiriblər.
Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.

Bunu da oxuyun

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır

Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib
Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib
Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib
Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib

 

Previous Post

Bakıda QHT-lərin korrupsiyaya qarşı mübarizədə roluna dair tədbir keçirilib

Next Post

“Beynəlxalq hüquq heç bir dövlətə təhlükəsizlik təminatı vermir”

Bənzər yazılar

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

10 Sentyabr 2026 - 12:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların...

MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır

10 Sentyabr 2026 - 10:53

Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları başlayır. Elchi.az-ın xəbərinə görə, sentyabrın 11-də parlamentin Elm və təhsil və Ailə, qadın...

Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

10 Sentyabr 2026 - 10:22

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb. Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov...

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45

Sentyabrın 10-dan 14-dək Azərbaycanda Mərakeş İrsi Günləri keçiriləcək. Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyindən Elchi.az-a verilən məlumata görə, tədbir səfirliyin "Joussour...

Next Post
“Beynəlxalq hüquq heç bir dövlətə təhlükəsizlik təminatı vermir”

“Beynəlxalq hüquq heç bir dövlətə təhlükəsizlik təminatı vermir”

“Beynəlxalq hüquq heç bir dövlətə təhlükəsizlik təminatı vermir”

“Beynəlxalq hüquq heç bir dövlətə təhlükəsizlik təminatı vermir”

Son xəbərlər

Yunanıstanda yanğın nəticəsində 8000 dekar ərazi zərər görüb

Yunanıstanda yanğın nəticəsində 8000 dekar ərazi zərər görüb

10 Sentyabr 2026 - 12:21
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

10 Sentyabr 2026 - 12:13
Məqsədli büdcə fondları ləğv ediləcək

Məqsədli büdcə fondları ləğv ediləcək

10 Sentyabr 2026 - 12:01
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

10 Sentyabr 2026 - 11:56
Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərilib – FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərilib – FOTO

10 Sentyabr 2026 - 11:49
Filippində sərnişin bərəsində yanğın: 5 ölü, 87 nəfər itkin düşüb

Filippində sərnişin bərəsində yanğın: 5 ölü, 87 nəfər itkin düşüb

10 Sentyabr 2026 - 11:40
Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşadı

Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşadı

10 Sentyabr 2026 - 11:31
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

10 Sentyabr 2026 - 11:24
Çində gənədən keçən yeni virusla bağlı xəbərdarlıq!

Çində gənədən keçən yeni virusla bağlı xəbərdarlıq!

10 Sentyabr 2026 - 11:18
Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

10 Sentyabr 2026 - 11:10
İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 - 10:57
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır

10 Sentyabr 2026 - 10:53
NASA Marsda sirli deşiklər aşkar edib

NASA Marsda sirli deşiklər aşkar edib

10 Sentyabr 2026 - 10:46
Süni intellektdə liderlik yarışı: Sıralama bir həftədə 3 dəfə dəyişdi

Süni intellektdə liderlik yarışı: Sıralama bir həftədə 3 dəfə dəyişdi

10 Sentyabr 2026 - 10:34
Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

10 Sentyabr 2026 - 10:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.