"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Bəhreynli “terrorçu” necə Azərbaycan Respublikası vətəndaşına çevrildi?

09 Noyabr 2022 - 14:21
in MÖVQE
FacebookVatsap

Şirazda baş verdiyi iddia olunan terrorla bağlı İranın İnformasiya Nazirliyinə istinadən Azərbaycan Respublikasını ittiham edən ikinci video şərh yayılıb. “ İnformasiya Nazirliyinin ikinci bəyanatı – İranda baş verən iğtişaşlarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanının şahzadəsi Bin Salmanın rolu” adlanan videoşərhdə birinci bəyanatdan fərqli bir şey yoxdur. Sadəcə, görünür Prezident İlham Əliyevin dünənki çıxışında Ermənistana ağuş açan müsəlman dövlətlərini satqın adlandırmasına verilən İran Xarici İşlər Nazirliyi səviyyəsində verilən cavab kifayət sayılmadığndan digər dövlət qurumları da “öz töhfələrini “vermək qərarına gəliblər.

Bunu da oxuyun

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Bakıdan dünyaya həmrəylik mesajı

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

Xatırladaq ki, hadisə ilə bağlı yazılan təhlillərdə terakt səhnələşdirilməsində ETELAAT və SEPAH-ın birgə maraqları olduğu, bundan istifadə edərək İranda qalxan siyasi hərəkatı boğmaq, hakimiyyəti uzurpasiya etmək və xarici düşmənləri, konkret halda Azərbaycan Respublikasını ittiham etmək olması vurğulanırdı. Həmin ərəfədə iğtişaşların davam edəcəyi təqdirdə SEPAH və digər silahlı qüvvələrin ləğv olunaraq Müdafiə Nazirliyində birləşdirilməsi haqda elitadaxili müzakirələr də KİV-lərə sızdırılmışdı. Mühafizəkar mediada belə SEPAH-ın komsomol təşkilatının-BƏSİC-in gənclər arasında ideoloji işi düzgün qura bilməməsi tənqid olunurdu. Terror səhnələşdirməsi SEPAH-a ölkədə rəqiblərinə qarşı güc tətbiq etmək, elitanı sərt xətt təərfdarı kimi tanınan İbrahim Rəisi ətrafında konsildasiya etmək üçün lazım idi.

Bu təhlil və ehtimallar ikinci bəyanatda xüsusi narahatlıqla xatırlanır, təhülkəsizlik qüvvələri və sliahlı qüvvələrin teraktda əli olmadığı sübut etməyə çalışılır. Demək, uzun illər birtərəfli təbliğat kampaniyaları cavabsız qaldığından indi, xaotik də olsa, Azərbaycan tərəfinin cavabları Tehran rəsmilərini əsəbləşdirir, qıcıq olurlar, təhdid ardınca təhdid səsləndirilər. Görünür, cavabların, əks təbliğatın biz düşündüyümüzdən daha böyük təsiri varmış.

Beləliklə, Şahçerağ hadisəsinin İran təhlükəsizlik qüvvələrinin özü tərəfdən törədildiyini sübut edən bəzi faktları yenidən sadalayaq.

Hadisədən dərhal sonra İran KİV-ləri Azərbaycan Respublikası Prezidenti və rəsmilərinin başsağlığını, terrora qarşı mübarizədə həmrəylik mesajlarını ön planda təqdim edirdilər. Yəni Azərbaycanla bağlı versiya ilk vaxtlar ”işlənməmişdi”. İlk vaxtlar BƏHREYNLİ TERRORÇUDAN bəhs edilirdi.

Oktyabrın 27-si axşam saatlarında Şahçerağ ziyarətgahında ölümlə nəticələnən atışmadan sonra İRNA ilk xəbərində hücum edənlərin 9-cu Hərəm küçəsinin girişi qarşısında “Peugeot” markalı avtomobildən düşən üç nəfər olduğunu və polis əməkdaşlarının onlardan ikisini həbs etdiyini yazmışdı. Fars vilayəti valisinin siyasi, təhlükəsizlik və ictimai məsələr üzrə müavini İsmail Mohabipur hadisədən bir neçə saat sonra bu xəbəri təsdiqləmişdi.

Fars vilayətinin polis komandiri Rəhəmbəxş Həbibi isə məlumat vermişdi ki, aktı törədən şəxs bir nəfər yaralandıqdan sonra həbs edilib və onun dindirilməsi davam edir.

İ. Mohebipur bir gün sonra axşam İran televiziyasına verdiyi açıqlamada dini ziyarətgaha hücumun 30 yaşlı iştirakçısının bəhreynli olduğunu demiş və onun yaralandığını bildirmişdi.

Digər İran KİV-ləri hücumu törədənlərin 3 nəfər olduğunu, onlardan 2-nin həbs olunduğunu xəbər verirdilər.
İran Milli Təhlükəsizlik Şurasına yaxın olan “Nornews” xəbər verirdi ki, hücum edənlər İran vətəndaşı deyil. İran dövlət mediası isə hücum edənlərin “təkfirçi və vəhhabi” olduğunu bildirirdi.

Bir gün sonra səlahiyyətlilər ən azı üç güllə ilə vurulan bəhreynli hücumçunun bir neçə əməliyyatdan sonra ÖLDÜYÜNÜ VƏ ONU DİNDİRMƏYİN MÜMKÜN OLMADIĞINI açıqladı.

13-cü hökumətin daxili işlər naziri Əhməd Vahidi də həmin gecə Şahçeraq günahkarlarını “müəyyən edib həbs etdiklərini” söyləmişdi. Bir vaxtlar İslam İnqilabı Keşikçiləri Korpusunda kəşfiyyat zabitinin müavini və Əl-Qüds dəstəsinin komandiri olmuş nazir əvvəllər, vətəndaş etiraz hərəkatını “iğtişaşlar seli” adlandırıb və onun davam etməsindən narahatlığını bildirmişdi.
Nəhayət, noyabrın 8-də ETTELAAT verdiyi ilk açıqlamada Şahçerağa hücumda iştirak edən qrupun “ikinci əməliyyat elementi və 6 yardımçısının” müəyyən edilərək həbs edildiyini bildirir.

Bu ziddiyyətlər və digər qeyri-müəyyənliklər üzündən sosial şəbəkə istiafadəçiləri xomeyniçi çevrilişindən əvvəl 1978-c il avqustunda “Reks Abadan” kinoteatrında qəsdən yanğın törədilməsi və 1994-cü il iyununda Məşhəddə imam Rza ziyarətgahında bomba partlayışı kimi hadisələrlə paralellər aparırlar.

1978-ci il hadisəsindən sonra şah rejimi yanğını “marksist islamçılar”ın törətdiyini elan etmiş və ölkədə yetişən siyasi iğtişaşları önləmək üçün kütləvi represiyyalara başlamışdı. Hərçənd bunun elə bir faydası da olmadı, rejimə nifrəti bir az da alovlandırdı.
İkinci hadisədən sonra mövcud teokratik rejim “Mocahedane Xəlqi” ittiham etmiş, siyasi rəqiblərə qarşı geniş təqib kampaniyası başlatmış,”mücahidlərin” bəzi ölkələrdə terror təşkilatı kimi tanınmasına nail olmuşdu. Sonradan hər iki hadisənin mövcud hakimiyyətlərin özləri tərəfindən törədilməsi haqda ciddi faktlar ortaya çıxmışdı.

İndiki halda dərhal hadisələrdə heç bir İran vətəndaşının rolu olmaması haqda verilən bəyanatın məqsədi İranda siyasi repressiya aparılmayacağı mesajı vermək, hakimiyyəti ölkə daxili, o cümlədən elita daxili siyasi tənqiddən qorumaq, cəmiyyəti xarici düşmənə qarşı səfərbər etməkdir.

ETTELAAT-ın birinci bəyanatında qəfildən iddia olundu ki, həbs olunan 26 təkfirçi terrorçu Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır. Əməliyyatlara rəhbərlik və əlaqələndirilməsinin əsas Azərbaycan Respublikasının vətəndaşıdır. “Bu şəxs Tehrana çatan kimi Azərbaycan Respublikasındakı əlaqələndirici orqana mövcudluğu barədə məlumat verib”(sitatın sonu) . Sonuncu cümlə təqdim olunan dezinformasiyanın -xarici düşmən kimi Azərbaycan Respublikasına qarşı başladılan informasiya savaşına yeni vüsət qazandırmaq, Azərbaycan xüsusi xidmətlərinin yuxarıda xatırlatdığımız əməliyyatına “cavab” vermək olduğunu əslində ifşa edirdi. Qeyd etdiyimiz cümlə isə Azərbaycan xüsusi xidmətlərinin yaydığı məlumatda İran səfirliyi əməkdaşları ilə bağlı hissəni az qala təkrarlayır.

Azərbaycan təhlükəsizlik qüvvələrinin ölkəmiz ərazisində İran xüsusi xidmətlərinə işləyən şəbəkəni ifşa etməsi Şahçerağ “terakt”ını səhnələşdirənlərə yeni ideya da verib- hadisələrdə xarici gücləri, konkret halda Azərbaycan Respublikasını suçlamaq. Bunu həmin ifşaya verilmiş “ cavab “ da saymaq olar.

Və ilkin açıqlamalarda bəhreynil kimi qeyd olunan terrorçu qəfildən Azərbaycan Respublikası vətəndaşı elan edilir. Kimliyi açıqlanmayan şəxsin ilkin məlumatlarda üç güllə yarası ilə öldüyü bildirilirdi. Bu o deməkdir ki, İrana səfər etmiş hansısa vətəndaşımızın həyatı təhlükədədir və ya artıq həyatda yoxdur. Görünür, dindirmələrin bir nəticə verməyəcəyi bilindiyindən hansısa vətəndaşımızı ölüsü “mühakimə olunacaq”. İstisna etmək olmaz ki, həmin şəxs İran xüsusi xidmətlərinin əməkdaşlığa cəlb etdiyi, amma hansısa mərhələdə etibarını doğrultmamış şəxslər arasında seçilsin.

Cəmaləddin Quliyev

Previous Post

Bəhreynli “terrorçu” necə Azərbaycan Respublikası vətəndaşına çevrildi?

Next Post

Kanadada dünyəvilik qanunundan yalnız müsəlman qadınlar mənfi təsirlənir

Bənzər yazılar

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

16 Sentyabr 2026 - 10:08

ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...

Bakıdan dünyaya həmrəylik mesajı

Bakıdan dünyaya həmrəylik mesajı

15 Sentyabr 2026 - 17:39

"Azərbaycan müxtəlif dinlərin və xalqların birgə yaşadığı çoxkonfessiyalı, tolerant ölkədir. Tarixin bütün dövrlərində dini dözümlülük, başqa dinlərin nümayəndələrinə hörmət və...

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24

Baltikyanı bölgənin səmasında gərgin vəziyyət... Gecə saatlarında Litva hava məkanına daxil olan naməlum PUA NATO-nun qırıcı təyyarələri tərəfindən vurulub. Elchi.az...

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12

Pentaqonun rəsmi nəzarət orqanı tərəfindən hazırlanan hesabatda İranın hücumlarının Yaxın Şərqdəki ABŞ hərbi və diplomatik obyektlərinə ciddi ziyan vurduğu üzə...

Next Post
Kanadada dünyəvilik qanunundan yalnız müsəlman qadınlar mənfi təsirlənir

Kanadada dünyəvilik qanunundan yalnız müsəlman qadınlar mənfi təsirlənir

Kanadada dünyəvilik qanunundan yalnız müsəlman qadınlar mənfi təsirlənir

Kanadada dünyəvilik qanunundan yalnız müsəlman qadınlar mənfi təsirlənir

Son xəbərlər

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb

16 Sentyabr 2026 - 20:25
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə olacaq

16 Sentyabr 2026 - 19:26
Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında birgə saziş bağlanıb

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

16 Sentyabr 2026 - 19:22
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

16 Sentyabr 2026 - 19:12
Müdafiə naziri tənqidləri rədd etdi: “Qəzzada təhlükəsizlik zonası yaradılıb”

Müdafiə naziri tənqidləri rədd etdi: “Qəzzada təhlükəsizlik zonası yaradılıb”

16 Sentyabr 2026 - 19:00
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır – CƏDVƏL

ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır – CƏDVƏL

16 Sentyabr 2026 - 18:53
Ötən gün Bakı metrosundan 605 081 sərnişin istifadə edib

Ötən gün Bakı metrosundan 605 081 sərnişin istifadə edib

16 Sentyabr 2026 - 18:42
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

16 Sentyabr 2026 - 18:36
Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

16 Sentyabr 2026 - 18:26
“Proqress MS-35” kosmik gəmisi orbitə çıxarılır

“Proqress MS-35” kosmik gəmisi orbitə çıxarılır

16 Sentyabr 2026 - 18:13
İsveçdə diplomatik qalmaqal: İran səfirliyinin əməkdaşı ölkədən qovuldu

İsveçdə diplomatik qalmaqal: İran səfirliyinin əməkdaşı ölkədən qovuldu

16 Sentyabr 2026 - 17:56
Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqladı

Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqladı

16 Sentyabr 2026 - 17:48
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb

Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb

16 Sentyabr 2026 - 17:35
Badamdarda yaşayış binasında partlayış baş verib, xəsarət alan var

Badamdarda yaşayış binasında partlayış baş verib, xəsarət alan var

16 Sentyabr 2026 - 17:27
Yaponiya 2031-ci ilədək 52 min geniş təyinatlı dron alacaq

Yaponiya 2031-ci ilədək 52 min geniş təyinatlı dron alacaq

16 Sentyabr 2026 - 17:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.