"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycan müəllimlərinin XVI qurultayı başa çatıb, qətnamə qəbul olunub

16 Dekabr 2023 - 21:23
in CƏMİYYƏT, GÜNDƏM
FacebookVatsap

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı başa çatıb, qətnamə qəbul olunub.

Bunu da oxuyun

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

Elchi.az-ın məlumatına görə, sənəddə deyilir:

“Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.

Qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunda təhsil sahəsində həyata keçirilmiş fəaliyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bu, dövlət başçısının elm və təhsilə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir.

Qurultay hesab edir ki, hesabat məruzəsində elm və təhsil sahəsində nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış və qarşıda duran əsas çağırışlar dəqiq müəyyənləşdirilmişdir.

Qurultay ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi və əhatəliliyininin artırılması, səmərəli idarəetmə və maliyyələşmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, təhsil infrastrukturun müasirləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə təlim-tədris prosesinin bərpası baxımından sistemli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayır. Elm və təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin qazanıldığını, bu sahədə siyasətin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğunu qeyd edərək, hesabat məruzəsini qənaətbəxş hesab edir.

Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir:

– Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturunun yaradılması və tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam etdirilməsi;

– təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması;

– ümumi təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun daxil edilməsi və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin aparılması;

– gələcək süni intellekt və IV Sənaye İnqilabı dövrünün tələblərinə, dünyada təhsilin inkişaf tendensiyalarına uyğun olaraq, ümumi təhsildə fənlərin tədrisinə yeni yanaşmaların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, bununla əlaqədar dərsliklərin və dərs vəsaitlərinin məzmun baxımından təkmilləşdirilməsi;

– uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və müəllim heyətinin peşəkarlığının arıtılması;

– ölkədə ümumi təhsildə səriştəəsaslı məzmunun, nəticəyönlü idarəetmə və maliyyələşmənin tətbiqi, təmayüllərin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi nəticəsində təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə ölkənin nəticələrinin yüksəldilməsi;

– təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal bacarıqların aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqinin və STEAM-əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi vasitəsi ilə təhsilin keyfiyyətinin artırılması;

– təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və diferensial əməkhaqqı sisteminin tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi;

– əmək bazarının tələbələrinə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsinin və keyfiyyətinin artırılması, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması;

– ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm və təhsilin inteqrasiyası sahəsində tədbirlərin davam etdirilməsi;

– bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilininin təşkili mexanizminin yaradılması və tətbiqi;

– istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına nail olunması;

Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, elm və təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, müəyyən olunmuş strateji hədəflərə və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq, növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək”.

 

Previous Post

Azərbaycan müəllimlərinin XVI qurultayı başa çatıb, qətnamə qəbul olunub

Next Post

Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib

Bənzər yazılar

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

02 Sentyabr 2026 - 21:52

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq....

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16

Azərbaycanda sentyabrın 3-də 32 dərəcə isti olacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və...

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

02 Sentyabr 2026 - 18:16

Qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsulları aşkarlanıb. Elchi.az xəbər verir ki, bu...

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

02 Sentyabr 2026 - 17:35

Əmək qanunvericiliyinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elchi.az-a...

Next Post
Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib

Son xəbərlər

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02
ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib

ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib

02 Sentyabr 2026 - 21:57
“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

02 Sentyabr 2026 - 21:52
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

02 Sentyabr 2026 - 21:46
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək

ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək

02 Sentyabr 2026 - 21:42
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

02 Sentyabr 2026 - 20:25
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

02 Sentyabr 2026 - 20:21
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07
ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05
KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

02 Sentyabr 2026 - 19:29
“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.