"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanla Qırğızıstan arasında Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirildi

08 Dekabr 2025 - 18:07
in SİYASƏT
FacebookVatsap

Bakıda Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

Bunu da oxuyun

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycanın Baş nazirinin müavini, Komissiyasının Azərbaycan tərəfdən həmsədri Samir Şərifovun və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, Komissiyanın Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayevin sədrlik etdikləri iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Əvvəlcə Hökumıtlərarası Komissiyanın həmsədrlərinin ikitərəfli görüşü keçirilib, daha sonra müzakirələr Komissiyanın 6-cı iclasında, geniş tərkibdə davam etdirilib.

Tərəflər qardaş və dost xalqlarımızı birləşdirən tarixi-mədəni bağlara, iki ölkə prezidentləri – İlham Əliyev və Sadır Japarov arasında mövcud olan mütəmadi siyasi dialoqun və qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində həlledici rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, 2024-2029-cu illəri əhatə edən əməkdaşlıq proqramı ikitərəfli münasibətlərin sistemli şəkildə genişləndirilməsi üçün əsas yol xəritəsi rolunu oynayır.

Son dövrdə ticarət dövriyyəsində artım müşahidə olunur, 2025-ci ilin ilk 10 ayı ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 94 faizdən çox artıb.

İclas zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra əhəmiyyətli razılaşmalar əldə edilib. Tərəflər Qırğızıstan ərazisində ticarət-logistika mərkəzinin yaradılması imkanlarının araşdırılmasını, biznes missiyalarının təşkili və məlumat mübadiləsinin gücləndirilməsini, həmçinin COP29 çərçivəsində irəli sürülmüş “Yaşıl keçid” təşəbbüslərində əməkdaşlığı müzakirə ediblər.

Habelə, investisiya və sənaye sahələrində də mühüm əməkdaşlıq istiqamətləri müəyyən olunmuşdur.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti yüksək qiymətləndirilmiş, birgə investisiya layihələrinin genişləndirilməsi, AZPROMO ilə Qırğızıstan Ticarət-Sənaye Palatası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması, İssık-Kul gölü sahilində beşulduzlu otel tikintisinin dəstəklənməsi, həmçinin kurort şəhərinin yaradılması layihəsinin nəzərdən keçirilməsi kimi məsələlər razılaşdırılmışdır.

Sənaye zonaları və azad iqtisadi zonalar üzrə təcrübə mübadiləsinin təşkil olunması da tərəflərin diqqət mərkəzində olmuşdur.

Turizm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə turizm şirkətlərinin əlaqələndirilməsi, birgə turpaketlərin hazırlanması, sərgi və festivallar üzrə məlumat mübadiləsi, sağlamlıq turizmi üzrə əməkdaşlıq kimi istiqamətlər müəyyən edilmişdir. Bakı-Bişkek-Bakı hava reyslərinin turizm axınına müsbət təsiri xüsusi vurğulanmışdır.

Kənd təsərrüfatı sahəsində tərəflər virussuz tinglərin istehsalı üzrə təcrübə mübadiləsi, intensiv balıqçılıq, balıqçılıq və akvakultura sahəsində birgə təlimlər, baytarlıq və fitosanitar nəzarəti üzrə əməkdaşlığın genişləndirilməsi, damazlıq heyvanların ticarəti və aqrosığorta sistemlərinin inkişafı kimi geniş spektrli fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Enerji sahəsində “2024-2025-ci illər üzrə Yol Xəritəsi”nin icrası, SOCAR-la Qırğızstannefteqaz arasında əməkdaşlığın genişləndirilməsi, Qırğızıstanın “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsində iştirakı kimi məsələlər üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi dair razılıq əldə olunub.

Nəqliyyat sahəsində isə tərəflər Orta Dəhlizin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin region üçün perspektivləri, Bakı limanının imkanlarından istifadə və tranzit keçidlərin artırılması məsələlərini müzakirə ediblər.

Humanitar və təhsil sahəsində, universitetlər arasında əməkdaşlıq, tələbələr üçün illik təqaüd kvotaları, “Study in Azerbaijan” proqramında iştirak, müəllim müdadiləsi, dil mərkəzlərinin yaradılması, akademik araşdırmaların birgə təşkili və kitabxanalararası virtual platformaların yaradılması müzakirə edilib.

İclasda həmçinin ekologiya, rəqəmsal inkişaf, kiber-təhlükəsizlik, səhiyyə, sosial təminat, dövlət xidmətləri, memarlıq və şəhərsalma, eləcə də bank sektoru üzrə əməkdaşllq məsələləri müzakirə olunmuş və yeni istiqamətlər müəyyən edilmişdir.

Tərəflər bütün sahələrdə qarşılıqlı etimada əsaslanan, dostluq və qardaşllq ruhunda inkişaf edən münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Komissiyanın 7-ci iclasının Qırğız Respublikasında keçirilməsi barədə razılıq əldə olunmuş və tarixlərin diplomatik kanallar vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Sonda Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşllq üzrə birgə Hökümətlərarası Komissiyanın 6-cı iclasının Protokolunu imzaladılar.

İclasdan sonra Hökumətlərarası Komissiyanın Qırğız Respublikasından olan üzvləri Kosmik Agentliyin fəaliyyəti ilə tanış olmaq üçün “Azərkosmos”a gediblər.

Dekabrın 09-da qonaqlar Bakı Gəmiqayırma və Heydər Əliyev adına Neft emalı zavodlarının işi ilə də tanış olacaqlar.

Dekabrın 07-də Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt sənaye parkındakı İstifadə olunmuş mühərrik və sənaye yağlarının emalı və baza yağlarının istehsalı zavodu ilə tanış olub.

Previous Post

Zelenski təhlükəsizlik zəmanətləri məsələsini yenidən qaldırıb

Next Post

Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazır olduğunu bəyan edib

Bənzər yazılar

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25

4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi...

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56

Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib. XİN-dən Elchi.az-a...

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir...

Next Post
Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazır olduğunu bəyan edib

Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazır olduğunu bəyan edib

Çində tapıldı: 200 milyon il olduğu düşünülür

Çində tapıldı: 200 milyon il olduğu düşünülür

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.