ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini onun sülh təklifləri ilə tanış olmamaqda ittiham etdikdən sonra Kiyev lideri növbəti dəfə diqqətini Ukrayna üçün əlavə təhlükəsizlik zəmanətlərinin alınması məsələsinə yönəldib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Mənim və bütün ukraynalıların cavab almaq istədiyi bir sual var ki, münaqişənin mümkün bərpası halında tərəfdaşlarımız nə edəcəklər”, – Zelenski agentliyə müsahibəsində deyib.
Zelenski qeyd edib ki, ABŞ, Rusiya və Ukraynanın Donbasdakı vəziyyətlə bağlı mövqeləri əhəmiyyətli dərəcədə fərqlənir. O, həmçinin əlavə edib ki, Kiyev qərb tərəfdaşları, ilk növbədə ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ayrıca razılaşma əldə etmək istəyir.
Məryəm





















