Çinin Sıçuan əyalətində təxminən 200 milyon il yaşı olduğu düşünülən 20-dən çox dinozavr və digər onurğalıların ayaq izləri müəyyən edilib.
Elchi.az xəbər verir ki, Çin mediası Siçuan əyalətində bir turistin dinozavrların ayaq izlərini gördüyünü və bu barədə səlahiyyətlilərə məlumat verdiyini bildirib. Çin Geologiya Elmləri Universitetindən Xing Lidanın başçılıq etdiyi tədqiqat qrupu ayaq izlərinin 20-dən çox dinozavr və digər onurğalılara aid olduğunu təsdiqləyib. Xing, ətyeyən dinozavrların buraxdığı müxtəlif ölçülü ayaq izləri ilə yanaşı, insan əllərinə bənzəyən izlər də tapdıqlarını bildirib. Ayaq izlərinin böyük ölçüdə qorunduğunu qeyd edən Xing, dinozavrların bölgədə uzun müddət yaşadıqlarını təxmin edib.
Kəşfiyyatın bölgənin geoloji tarixi və dinozavr faunası haqqında yeni məlumatlar verə biləcəyini qeyd edən tədqiqatçılar izlərin təxminən 200 milyon il əvvələ aid olduğuna inanırlar.
Məryəm





















