"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“AZƏRBAYCAN HAKİMİYYƏTİ ÜÇÜN ƏSAS MƏSƏLƏ VƏTƏNDAŞLARIN SAĞLAMLIĞI, İNSANLARIMIZIN HƏYATIDIR”

15 Aprel 2020 - 20:25
in MANŞET
FacebookVatsap

Bunu APA-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

O bildirib ki, Azərbaycanda həm qanunverici orqan, həm də hökumət yenilənib: “Azərbaycanın idarəçilik sistemində kifayət qədər təcrübə qazanan gənclərimiz hakimiyyətin yüksək pillələrinə gətirildi. Eyni zamanda Prezident Administrasiyasında və Nazirlər Kabinetində struktur islahatları aparıldı. Ölkə başçısı həm iqtisadi, həm siyasi, həm sosial, həm də hüquqi xarakter daşıyan islahatlarla bağlı ciddi əhəmiyyət kəsb edən sənədlərə imza atdı. Sistemli olaraq, bu istiqamətlərdə addımlar davamlı xarakter aldı. Faktiki olaraq, Azərbaycan 2019-cu ilin sonunda özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu inkişaf mərhələsi özünün bütün tərəfləri ilə tamam fərqli elementləri ehtiva etdi. Hər şeydən əvvəldən ölkənin iqtisadiyyatını canlandırılması, vergi sistemini təkmilləşdirmək və ölkəyə daha çox gəlir gətirən vergi və gömrük sahələrindən şəffaflığın təmin olunması ilə bağlı islahatların həyata keçirilməsi, digər tərəfdən ölkənin iqtisadiyyatını gücləndirməyə xidmət edən layihələrin gündəliyə gətirilməsi və onların reallaşması üçün ciddi siyasi iradənin ortalıqda olması, inqilabi xarakter daşıyan və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən sosial paketin ölkə başçısı tərəfindən gündəliyə gətirilməsi və bu istiqamətdə atılmış olan əhəmiyyətli addımlar heç şübhəsiz ki, əhalinin həyat səviyyəsini xeyli dərəcədə yüksəldib. Burada həm əməkhaqqının, həm təqaüdlərin artırılması, həm də sosial müavinətlərin verilməsində fərqli rəqəmin özünü ifadə etməsinin böyük rolu olub”.

Millət vəkili bildirib ki, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi də həyata keçirilən islahatların tərkib hissəsi idi: “Milli Məclis Azərbaycan xalqının iradəsini ifadə edərək, yenidən formalaşdı və bura dövlətçiliyimizə bağlı olan insanlar, Azərbaycan xalqının iradəsini ifadə edən soydaşlarımız gətirildi. Milli Məclisin rəhbərliyi də dəyişildi. Burada siyasi partiyalara geniş imkanlar açıldı və siyasi sistemimizdə siyasi partiyaların yer və rolunu artırmaq üçün bu partiyaların təmsilçiləri parlamentin rəhbərliyində təmsil olundu. Bu siyasi sistemdə aparılan islahatların başlanğıcıdır. Bundan sonra da bu islahatlar davam etdiriləcək”.

F. Ağamalı nəzərə çatdırıb ki, bütövlükdə 2018-ci ildən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahat siyasəti artıq özünün konkret nəticələrini verməkdədir: “Təəssüf edirəm ki, belə bir zaman kəsiyində bəşəriyyətdə böyük bir bəlaya çevrilən koronavirus deyilən pandemiya başladı. Artıq aparılan islahatların daha da dərinləşməsi üçün bu, bütün dünyada olduğu kimi Azərbaycanda da müəyyən çətinliklər yaratdı. Ölkə başçısı aprelin 14-də I rübün yekunları ilə bağlı keçirmiş olduğu vodeokonfransda çox mühüm məsələlərin üzərində dayandı. Göründüyü kimi, artıq Azərbaycanda yeni situasiya yaranıb. Bu situasiyaya uyğun olaraq, hər zaman olduğu kimi, ölkə prezidentinin həyata keçirmiş olduğu çevik və düşünülmüş siyasət, bu baxımdan atmış olduğu addımlar həm Azərbaycanı bu bəladan az itki verməklə çıxması üçün hədəflənib, eyni zamanda yaranmış situasiyaya uyğun olaraq, ölkənin sosial iqtisadi inkişafında yeni prioritetlər yaradıb. Ölkə prezidentinin dünənki çıxışında da göstərdiyi kimi, həyata keçirilən tədbirlər kifayət qədər iqtisadi və sosial inkişafımıza ikinci təməl yaradıb. Bu baxımdan ölkə prezidenti şəffaflığın artırılması üçün ana islahatların davamlı olmasını önə çəkdi. Eyni zamanda 3 ay ərzində Azərbaycan büdcəsinə aparılan islahatlar nəticəsində əlavə 300 milyon manatın daxil olmasını qeyd etdi. Bu tendensiyanın davam etdirilməsi baxımından ölkə prezidenti qarşıya yeni vəzifələr qoydu. Hər şeydən əvvəl dövlət layihələrinin maliyyələşdirilməsinə yenidən baxılması, prioritet təşkil etməyən xərclərin ixtisar olunmasını vacib saydı və xərclərin azaldılması və buraya xüsusi olaraq, nəzarətin gücləndirilməsini vəzifə kimi qarşıya qoydu. Bu çox əhəmiyyətlidir. Ölkə başçısının da qeyd etdiyi kimi, bir sıra halda icra strukturları əsas olmayan sahələrə istər perspektiv, istərsə də cari xərclərin artırılması hallarına yol verilir. Ölkə başçısı bu halların qarşısını almağın vacibliyini xüsusi qeyd etdi. Digər tərəfdən iqtisadi inkişafımızı təmin etmək üçün yeni prioritetlərin müəyyənləşdirilməsi üçün hökumətə xüsusi tapşırıqlar verildi. əminəm ki, yaxın zaman kəsiyində Azərbaycan hökuməti bununla bağlı təkliflərini ölkə başçısına təqdim edəcək”.

Millət vəkili bildirib ki, ölkədə sosial durumun yaxşılaşdırılması ilə bağlı məsələni hər zaman prezident diqqətdə saxlayır: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Sosial baxımdan bütün fəaliyyət bu istiqamətə yönəlib. Koronavirusla mübarizə tədbirləri çərçivəsində bu istiqamətə ayrılan vəsaitin həcmi 2,5 milyarddır. Ölkə başçısı bu vəsaitin həcminin ehtiyac olarsa, daha da artırılması ilə bağlı mesaj da verdi”.

F. Ağamalı qeyd edib ki, Azərbaycanın atmış olduğu uğurlu addımlara yenə də böyük maneçilik törətməyə çalışan və ölkəmizin inkişafına mane olmağa cəhd göstərən qüvvələr var: “Bu qüvvələr erməni diasporu və onun maliyyələşdirdiyi erməni lobbisidir. Bu lobbi dünyanın ayrı-ayrı ölkələrində həm siyasətdə, həm iqtisadi sferada, həm KİV-də var. Bu insanlar ermənilərin sifarişlərini yerinə yetirməkdədirlər. Onların içərisində artıq marginallaşmış, öz milli simasını itirmiş satqın, xəyanətkar olan antimilli qüvvələr də var. Bu qüvvələrin içərisində xüsusi olaraq, yer alan Əli Kərimli, Cəmil Həsənli və xaricdən bunların ruporu kimi fəaliyyət göstərən Sevinc Osmanqızı və Qənimət Zahid kimi insanlar da var. Həmin insanlar bu gün xalq arasında heç bir nüfuza, etimada sahib deyillər. Onlar bu gün Azərbaycanın çətin vəziyyətində Azərbaycan xalqı və dövləti ilə bərabər olmaq əvəzinə ən müxtəlif üsullarla Azərbaycan dövlətinin həyata keçirmiş olduğu kifayət qədər ciddi tədbirlərə qara yaxmaqda davam edirlər. Onların məqsədi Azərbaycan xalqı və dövləti arasında etimadsızlıq toxumları səpməkdir ki, buna nail ola bilməyəcəklər. Koronavirusla bağlı ölkə prezidentinin həyata keçirmiş olduğu və beynəlxalq aləmdə yüksək qiymətləndirilir və Azərbaycan xalqı tərəfindən də rəğbətlə qarşılanır. Bu rəğbət Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı müraciətlər təsdiqini tapır. Bu gün Azərbaycanda yüksək səviyyədə həmrəylik nümayiş etdirilir”.

Previous Post

“AZƏRBAYCAN HAKİMİYYƏTİ ÜÇÜN ƏSAS MƏSƏLƏ VƏTƏNDAŞLARIN SAĞLAMLIĞI, İNSANLARIMIZIN HƏYATIDIR”

Next Post

Mühacirlərin Bakıya “yardım” hücumu: Müqayisəyə baxın…

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post
Mühacirlərin Bakıya “yardım” hücumu: Müqayisəyə baxın…

Mühacirlərin Bakıya “yardım” hücumu: Müqayisəyə baxın...

Mühacirlərin Bakıya “yardım” hücumu: Müqayisəyə baxın…

Mühacirlərin Bakıya “yardım” hücumu: Müqayisəyə baxın...

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.