Azərbaycanda orta aylıq əmək haqqı nə qədərdir?

🗓 21.01.2015 11:33 ✍️ "Elçi" qəzeti
Azərbaycanda orta aylıq əmək haqqı nə qədərdir?

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq manat_200813dövrünə nisbətən 5,4% artaraq 442,1 manat təşkil edib.   “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1 754,6 manat, qeyri-neft sektorunda 409 manat, dövlət bölməsində 356 manat, özəl bölmədə 567,5 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.   Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 261,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,1 manat təşkil edib.

Bənzər yazılar