Katolik kilsəsinin inzibati mərkəzi olan Vatikan Dövlətinə avtomobillə daxil olan şəxs İsveçrə mühafizəçiləri tərəfindən çətinliklə dayandırılaraq nəzarətə götürülüb.
Elchi.az xəbər verir ki, Vatikan Mətbuat Ofisindən verilən yazılı açıqlamada , dünən axşam saat 20 radələrində 40 yaşlı kişinin Sant’Anna qapısından şəhər-dövlətə zorla girdiyi bildirilib.
Vatikana daxil olmaq üçün lazımi icazələri olmayan şəxs , maşını ilə manevr edərək sürəti artıraraq qapıdan içəri girdiyi iddia edilib.
Bildirilib ki, Vatikan və Papanın müdafiəsi ilə məşğul olan İsveçrə qvardiyaçıları yüksək sürətlə Sant’Anna qapısının baryerlərini aşaraq və eyni anda avtomobili dayandırmaq üçün avtomobilin ön təkərlərinə atəş açıblar. Nəqliyyat vasitəsinin katoliklərin ruhani lideri Papa Fransiskin olduğu yerə çatmasının qarşısını almaq üçün digər daxili qapılar bağlanıb.
Papanın gün ərzində bəzi qəbullarını etdiyi San Damasonun həyətində saxlanılan avtomobildən düşən 40 yaşlı şübhəlinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındığı bildirilib.
Açıqlamada şübhəlinin hadisə zamanı bəzi psixoloji tarazlıqlar göstərdiyi, ona görə də Vatikan Dövlət Sağlamlıq Birliyinin həkimləri tərəfindən bir sıra müayinələrdən keçirildiyi, daha sonra kameraya salındığı vurğulanıb.
Nuranə Məmmədova