ABŞ-ın Ohayo ştatından olan 77 yaşlı təqaüdçü qadın arzuladığı gəlinlik paltarını geyinmək üçün özünə ərə gedib.
Elchi.az bu barədə News.am-a istinadən bildirir.
Doti Fidel adlı qadının sözlərinə görə, o, həmişə gözəl toy arzusunda olub. Qadın bildirib ki, 77 yaşına kimi həyat yoldaşı gözləməkdən yorulub və özü ilə evlənmək qərarına gəlib. Təqaüdçünün yaşadığı qocalar evinin işçiləri ona mərasimin təşkilində köməklik ediblər.
“Həmişə arzuladığım bu olub-həmişə ailə qurmaq və xoşbəxt həyat sürmək istəmişəm”.
Qadın əlavə edib ki, 1965-ci ildə nişanlansa da, heç vaxt toyu baş tutmayıb.
Yeganə