Avropadan Ukraynaya qaz ixracına başlanıb

🗓 16.08.2014 17:35 ✍️ "Elçi" qəzeti

Bu gün Slovakiyanın Velke-Kapuşan qəsəbəsindəki kompressor stansiyasından rekonstruksiya edilmiş 20117ce9b2c62d7c37b0c5a78ea4e83bUjqorod-Voyanı qaz kəməri ilə geri rejimdə Ukraynaya qaz ixracına başlanıb.

APA-nın “ukrinform.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın qaz nəqli sisteminin operatoru olan “Eustream” şirkətinin rəsmi təmsilçisi Qabriel Bera açıqlayıb.

 Test sınağı səhər saat 10:00 radələrində başlayıb.

 Sınaqlar zamanı qaz kəmərinin buraxılış qabiliyyəti də yoxlanılacaq.

 Sentyabrın 2-dən Ujqorod-Voyanı qaz kəmərindən kommersiya məqsədləri üçün istifadə başlanacaq.

 “Eustream” şirkətinin təmsilçisi 2015-ci ilin martında qaz kəməri ilə maksimum qaz ixrac ediləcəyini bildirib. Kəmərin maksimum buraxılış gücü il ərzində 10 milyard kubmetrdi.

Bənzər yazılar