Elchi.az xəbər verir ki, Almaniyanın yeni müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir.
“Almaniya Avropanın ən böyük iqtisadiyyatıdır, ona görə də bizim məqsədimiz həm də Aİ-nin ən güclü və ən yaxşı təchiz edilmiş ordusunu qurmaq olmalıdır”, – o, Bild qəzetinə deyib.
Almaniya Müdafiə Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, bu vəzifə üç il ərzində yerinə yetirilə bilməz. Öz postunda o, “dönüş nöqtəsi üçün kurs təyin etmək” niyyətindədir, Pistorius əlavə etdi.
Xatırladaq ki, bu cümə axşamı, yanvarın 19-da Almaniyanın istefaya göndərilmiş müdafiə naziri Kristina Lambrexti rəsmən əvəzləyəcək Boris Pistorius hərbi idarənin rəisi kimi işinin ilk günündən alman ordusunu güclü etməklə hər şeyi 150% verəcəyinə söz vermişdi.
Şayəstə