2022-ci ilin payızında Moskva Ankaraya taxılı ilk dəfə rublla çatdırdı.
Elchi.az xəbər verir ki, baş nazirin müavini Viktoriya Abramçenko bildirib ki, Türkiyə taxılın rublla ödənilməsi üzrə sövdələşməni uğurla başa çatdırıb.
O, həmçinin əlavə edib ki, Rusiya tərəfi hazırda Misirə analoji tədarük məsələsi üzərində işləyir, RİA Novosti yazır.
– Nümunə kimi sadəcə olaraq Türkiyə ilə ərzaq tədarükü ilə bağlı müqaviləni göstərə bilərəm, o vaxt ödənişlər rublla idi. İlk qaranquş uğurlu alındı. Misir bizim ən böyüyümüzdür, bəli, biz də onlarla belə bir keçidi işləməyə başlayırıq”, – Abramçenko aydınlıq gətirib.
Bundan başqa, baş nazirin müavini əlavə edib ki, bu məsələdə ən çox taxıl və yağ-piy məhsulları tələb olunur.
“Biz hələ ki, sonuncunu rubla satmırıq, lakin bu məsələ üzərində işləyirik, bizim üçün rublla hesablaşmalar prioritetlərdən biridir” deyə o, aydınlaşdırdı.
Şayəstə