“Meta” şirkəti Avropa Birliyi (Aİ) tərəfindən 1,3 milyard dollar cərimələnib.
Elchi.az xəbər verir ki, buna səbəb şirkətin fərdi məlumatların qorunması qanununu pozaraq istifadəçi məlumatlarını ABŞ-yə göndərdiyinin aşkar edilməsidir.
“Meta” həmçinin, 5 ay ərzində ABŞ-yə istənilən şəxsi məlumat ötürülməsini dayandırmalıdır.
Şirkət bu vəziyyətin məxfilik tətbiqləri ilə əlaqəli olmadığı, ABŞ və AB arasında gizlilik hüquqları çərçivəsində köklü bir hüquqi ziddiyyətdən qaynaqlandığı iddia edib.