ABŞ və İsrail rəsmilərinin aprelin 1-də Qəzza zolağının cənubundakı Rəfah şəhərində yəhudi dövlətinin genişmiqyaslı hərbi əməliyyatına alternativ variantları müzakirə edəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, bu barədə “Axios” internet portalı məlumat yayıb.
Onun mənbələrinə görə, müzakirə virtual formatda aparılacaq. İclasda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan , Pentaqonun , Dövlət Departamentinin və Amerika kəşfiyyatının bir neçə əməkdaşı iştirak edəcək. İsrail tərəfini strateji planlaşdırma naziri Ron Dermer, Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbi, müdafiə və kəşfiyyat rəsmiləri təmsil edəcək. Gələn həftə iki ölkə rəsmiləri arasında şəxsi görüşün baş tutacağı gözlənilir.
Nuranə Məmmədova