ABŞ prezidenti Donald Tramp Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar Havay adalarının sakinlərinə sunami xəbərdarlığının verildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp məsələ ilə bağlı Truth Social-da mesaj paylaşıb.
Tramp bildirib ki, Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün “Tsunami müşahidəsi” statusu qüvvədədir və Yaponiya da risk altındadır.
Tramp Sakit Okeanda baş verən güclü zəlzələ ilə əlaqədar Havay sakinləri üçün Sunami xəbərdarlığının verildiyini açıqlayıb.
O, insanları ən aktual məlumat üçün “tsunami.gov” saytına daxil olmağa çağıraraq, “Güclü və təhlükəsiz olun” deyib.
Şayəstə Hüseynova
















