Kamçatka sahillərində baş verən zəlzələdən sonra sunami ilə üzləşəcəyi gözlənilən üç ölkədən biri olan Yaponiyada Fukuşima Atom Elektrik Stansiyası boşaldılıb.
Elchi.az xəbər verir ki, ilk sunami dalğaları şimaldakı Hokkaydo şəhərinə çatdı, dalğa hündürlüyü 30 sm idi.
Fukuşima Daiiçi Atom Elektrik Stansiyasını idarə edən Tokyo Elektrik Enerjisi Şirkəti (TEPCO) bütün işçilərin evakuasiya edildiyini və indiyə qədər hər hansı anormallıq barədə məlumat verilmədiyini açıqlayıb.
Şayəstə Hüseynova


















