Rusiyanın Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra Rusiya vilayət qubernatoru ilkin məlumata görə, xəsarət alanların olmadığını, lakin uşaq bağçasına ziyan dəydiyini açıqlayıb. Kamçatkada hündürlüyü 3-4 metr olan sunami dalğaları görünüb.
Elchi.az xəbər verir ki, Rusiyanın şərqində, Kamçatka yarımadasının sahillərində 8,8 bal gücündə zəlzələ baş verib.
18,2 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra Rusiya, Yaponiya, Meksika, ABŞ-ın Alyaska və Havay ştatları, Sakit okean sahilləri və Sakit okean adaları üçün sunami xəbərdarlığı edilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ilkin məlumatlara görə, itki yoxdur, bir çox ərazilər boşaldılıb.
Rusiya vilayət qubernatoru bildirib ki, ilkin məlumatlara görə, xəsarət alan olmayıb, lakin uşaq bağçasına ziyan dəyib. Rusiyanın regional fövqəladə hallar naziri zəlzələdən sonra Kamçatkanın bəzi bölgələrində hündürlüyü 3-4 metr olan sunami dalğalarının qeydə alındığını bildirib. Şərqi Yaponiya Dəmir Yolu Kamçatka sahillərində baş verən zəlzələ ilə əlaqədar bəzi xidmətləri dayandırıb.
Şayəstə Hüseynova


















